Modern.az

Müslüm Maqomayev qızına ilk məhəbbətinin adını qoyub

Müslüm Maqomayev qızına ilk məhəbbətinin adını qoyub

Reportaj

3 Yanvar 2016, 11:47

Dünya şöhrətli bakılı oğlan 13 yaşında Marina adlı qıza vurulub


Müslüm Maqomayevin Ofeliya adlı xanımla birinci nikahı cəmisi bir il sürüb. Bu evlilikdən olan qızı Marina əri və oğlu ilə ABŞ-da yaşayır.

Modern.az  saytı “İlk məhəbbət” layihəsində bu dünya şöhrətli bakılı müğənni Müslüm Maqomayevin ilk məhəbbətindən bəhs edir.

Dünya şöhrətli Müslüm Maqomayev  hələ 18 yaşı olanda yaraşıqlı gənc kimi qızların diqqətini cəlb edirdi. O, Bakı musiqi məktəbində oxuyanda Ofeliya adlı gözəl qızla tanış olur və onunla evlənmək qərarına gəlir. Müslümin nənəsi Baydigül xanım bu evliliyin o qədər əleyhinə olur ki, hətt sevimli nəvəsinin pasportunu həmin xanımla evlənməməsi üçün gizlədir.

Müslüm həmin günləri belə xatırlayırdı: “Biz görüşməyə başladıq. Mənim  marağıma və xarakterimə bələd olan dayım və xalam özlərini yaxşı hiss etmirdilər. Ancaq dayım Camal öz nəzakəti ilə mənimlə kişi kimi söhbət etməyə ürək eləmirdi, mən isə onunla aramızın açılmasını vacib hesab etmirdim. Və günlərin bir günü pasportum itdi. Görünürdü ki, bu, nənəmin işi ola bilər. Ancaq biz Ofeliya ilə evlənmək qərarına gəldik. Bizim həyətdə Olqa Çarskaya yaşayırdı, keçmişdə qədim romansların tanınmış ifaçısı idi. O, çox mehriban qadın idi. Nənəm pasportumu məhz onlarda gizlətmşdi, başa düşmüşdü ki, evin altını üstünə çevirəcəyəm.

Biz Ofeliya ilə heç kimə heç nə demədən nikahlandıq. Mən ailəmi fakt qarşısında qoydum. Hiss edirdim ki, bundan sonra ailəmin reaksiyası pis olacaq. Nənəm dilxor idi, əmi isə deyinirdi.

- Müstəqil olmaq istəyirsən? Yaxşı, cəhd et, sən artıq böyümüsən. Ancaq yadda saxla, ağlayacaqsan, duymayacağıq.

Mən Ofeliyanın ailəsəgildə yaşamağa başladım.  Onun atası intelligent, kimyaçı-alim idi, Elmlər Akademiyasında işləyirdi.  O, nəzakətli, təvazökar, qayınanam isə...  Qayınana var, qayınana.  Hər şey ailə yelləncəkləri qanunu ilə alınırdı. Çox tezliklə münasibətlərin aydınlaşdırılması başlandı. Mən kiçik ailəmi yedizdirməliydim, buna görə tezliklə işə düzəməli oldum”.

Müslümün gənc yaşındakı nikahı, belə demək mümkünsə, o qədər də uğurlu alınmayıb. Doğma anası hesab edirdi ki, o, özünə rəhm etmədən pul qazanmalıdır. Gənc isə o vaxt opera teatrında oxumaq istəyirdi, ancaq arvadının qohumları Müslümün bu arzusunu süngü ilə qarşılayırlar. Adi məzəmmət müğənni üçün ən dözülməz idi: “Səndən yaxşı ər olmaz!”.

Müslüm  Sərhəd Qoşunlarının Bakı dairəsinin mahnı və rəqs ansamblına qəbul edilir. Ancaq bundan sonra Ofeliya ulduzu parlayan ərinin qastrol cədvəlinə görə dəli olur. Gənc qadın istəyirdi ki, əri həmişə onun yanında olsun.



“Ansamblla  müxtəlif şəhərlərə gedirdik, o cümlədən kurort şəhərlərinə də. Həmişə uğur qazanırdıq. Mənə ansamblda o zaman üçün yaxşı pul ödənilirdi. Qastrolların çoxluğu məni ev qayğılarından uzaqlaşdırmışdı. Səfərlərdən evə qayıtmaq istəmirdim, xarakterim əxlaqlı evdar kişi rolunu oynamağa imkan vermirdi”, - Müslüm o günləri belə xatırlayırdı

Sonra müğənninin həyatında çeçen motivləri səslənib. Dostlarının dəvətilə Ofeliya ilə birgə Qroznıya, ulu babası Maqometin vətənində işləməyə gedib.  Qroznı filarmoniyasının solistini uğurlar gözləyirdi... Ancaq direktorun acgözlüyü səbəbindən Müslüm həyatında ilk dəfə kilkə ilə adi qara çörəyin dadını qiymətləndirib.

Sonradan belə həyat tərzinə tab gətirməyən Ofeliyaya görə geriyə, Bakıya qayıdırlar. Qroznıdakı dilənçi yaşayışından təngə gələn müğənni Bakıya qayıdanda Ofeliyagilin ailəsinə yox, Bakı oprea teatrının direktoru Ramazan Xəlilovun evində yerləşir:

“Ofeliya ilə Qroznıdan Bakıya qayıdandan sonra belə qərara gəldim ki, bizim birgə həyatımız başa çatıb, ancaq biləndə ki, arvadım uşaq gözləyir, onun evinə döndüm. 1961-ci ildə bizim qızımız oldu, biz onun adını Marina qoyduq... Ancaq bizim ailə həyatımız alınmadı... Sonda biz ayrıldıq...”.



Marina adı təsadüfən seçilməyib. Müslüm hələ 13 yaşı olanda Marina adlı məktəbli qıza vurulubmuş, hətta onun şərəfinə mahnı da yazıb və onu məktəbdə keçirilən bayramlarda və gecələrdə oxuyub. 70-ci illərdə bu kompozisiya hitə çevrilibmiş...

“Nə demək olar? Müslim Maqomayev dərindən nəfəs alıb həyatının həmin səhifəsi haqda danışırdı. – 18 yaşındakı oğlan ilk dəfə qadın oduna yandı... Mənim ilk reaksiyam  belə olub-evlənmək lazımdır! İndi mənə özümün bu arsızlığım haqda danışmaq belə gülüncdür. Ancaq mən o zamana minnətdaram – bizim uzun çəkməyən nikahımıza, o, cəmisi bir il çəkib, mənə qız hədiyyə edib. Mənim çox yaxşı Marina adlı qızım var – buna görə Ofeliyaya böyük “Sağ ol” deyirəm. Həmin ailədə nələrə dözdüklərimi isə xatırlamaq istəmirəm, Marinanı zədələmək üçün... Yaşamaq məni tamamilə halsızlaşdırmışdı. Məni məcbur edirdilər ki, haradasa işləyib pul gətirim. Mən isə bir şeyi bilirdim: əmək haqqı az olsa belə, opera teatrında oxumalı idim. Məndən isə tələb edirdilər ki, hansısa kollektivə gedim ki, çox pul versinlər. Ən dözülməzi isə həyatım boyu unutmayacağım “Səndən yaxşı ər çıxmaz!” fikri idi”.

Çoxlarının iddiasına görə, Müslüm yeganə qızı Marinaya həmişə aliment ödəyib. Marina əri Aleksandr Kozlovski və anası Ofeliya ilə ABŞ-ın Ohayo ştatında yaşayır. Müslümin Alen adlı nəvəsi də var. Yeri gəlmişkən, kürəkəninin atası Gennadi Kozlovski Müslümin dostu olub, onlar hətta birgə iki mahnı da yazıblar.

Marina atası ilə çox yaxın olub, Müslüm də daim qızı ilə dostluq münasibətlərini dəyərləndirib. Marina məktəbdə pianoçu təhsili alsa da, onu gələcəkdə gözəl musiqi perspektivi gözləsə də, başqa yol seçib. Atası nəvazişlə deyirdi: “Mənim gözəl qızım Marina artıq böyük adamdır. Öz növbəsində babası kimya akademikdir, onu geodeziya və xəritəçəkməni öyrənməyə inandırıb: görünür, mənə görə arvadımın ailəsində musiqiyə allergiya yaranıb”.

“Əgər o mənimlə yaşasaydı...  Amma o mənimlə necə bir yerdə yaşaya bilərdi, axı mən uzun müddət sərgərdan həyat sürmüşəm?

Müslüm illər uzunu arzulayıb ki, qızı musiqiçi kimi fəaliyyət göstərsin, hətta onlar birgə səhnəni də bölüşsünlər. Ancaq bu istəyinə çata bilməyib.

Onlar tez-tez görüşüblər. Ya Marina nəvəsi ilə Moskvaya gələrdi, ya da tanınmış ata arvadı Tamara Sinyavskaya ilə birgə Ohayoya uçardılar.

“Bizim Tamaroçka ilə çox gözəl münasibətimiz var”, - müğənninin keçmiş arvadı Ofeliya deyirdi. – Bizim Müslümlə münasibətimiz çoxdan olub. O, axı mənim ərimi görməyib. Onlar biz ayrılandan sonra qarşılaşıblar. Bəli, Marina onun qızıdır. O, nəvəmlə tez-tez atasının yanına gedib...”.

Marina atası vəfat edəndə onunla vidalaşmaq üçün Bakıda keçirilən dəfn mərasimində iştirak edib. Ofeliya da dəfndə iştirak etməyi çox istəyib ki,  gəncliyində necə sevdiyi insanla bir daha və əbədi olaraq vidalaşmaq üçün. Ancaq nəvəsi ilə ABŞ-da qalıb, deyilənə görə, sağlamlığı ona uzun müddətli uçuşlara imkan verməyib.

66 yaşında dünyadan köçən Müslüm Maqomayev səhnədən gedəndən sonra qapalı həyat tərzi keçirib. Görünür, ona görə ki, sevənləri onu tam güclü olduğu kimi xatırlasınlar, çünki uzun illər onu belə sevirdilər. Sevgisi, həyatı və əfsanəvi müğənninin gizlinləri barədə onun bakılı yaxın dostu, son günlərinə qədər onunla dostluğunu qoruyan estrada artisti Yuri Qriqoryev danışıb:

- Siz Müslimlə nə vaxt tanış olmusunuz, o artıq evli idi?

- Yox. O 18-19 yaşı olanda evlənmişdi. Biz onunla tanış olanda isə 15 yaşı vardı. Onunla birgə Bakıda özfəaliyyətdə çıxış edirdik. Sonra məni orduya çağırdılar. Qayıdandan sonra,1961-ci ildə görüşdük, həmin vaxt artıq boşanmışdı. Onlar bir neçə ay bir yerdə yaşayıblar. Bu, təsadüf idi. Müslüm yeni il şənliyi zamanı həmin qızla tanış olmuşdu. Vurulub və bir neçə ay sonra isə məlum olub ki, səhv edib. Ancaq bu evlilikdən qızları doğulub. Onlar uzun müddət əlaqə qurmayıblar. Sonradan, qızı müəyyən qədər böyüyəndə, Müslüm arvadı Tamara ilə Amerikaya gedəndə orada qızı ilə görüşüb.

- Qızı balaca olanda siz görmüşdünüz?

- Yox, görməmişəm. Onlar ayrılıblar, arvadı qızını özü ilə aparıb. Qızı Marinanı mən Müslümün 55 yaşı olanda, 1997-ci ildə görmüşəm. Heydər Əliyevin bağ evində. Çox gözəl yubiley idi. Orada mən onun qızını birinci dəfə görmüşəm.

- Bəs, birinci arvadını?

- Onu, yox. Çətin əlaqələri olub. Onlar əlaqə saxlamırdılar. Ancaq yaxın dostları bilir ki, onun daha bir sevgilisi olub, onunla Tamara Sinyavskaya ilə görüşməzdən əvvəl rastlaşıb.

Bu, onun gizli sevgisi idi... Müslümün rəfiqəsini Mila Karaeva deyə çağırırdılar.



Yuri Qriqoryev:

-Xatırlayıram, biz Muslüm və Mila ilə sovet vaxtında özümüz dəhşətli bir film çəkməyi fikirləşmişdik. 67-ci il idi, biz onunla “Metropol” hotelində yaşayırdıq, dördotaqlı lüks otaqda. Müslüm İtaliyadan qayıtmışdı və həyəcanla bizə qorxulu filmlər haqda danışırdı. Biz anlamırdıq ki, bu nə olan şeydir. Beləcə, o bir dəfə dözməyib dedi: “Qulaq as, bizim iki kinokameramız var,  gəl, özümüzün qorxulu filmini çəkək”.

Ssenari yazdı, filmin adı “MakQriq” – Maqomayev-Qriroryev idi. Bütün rekvizitləri almışdıq, Kiçik teatrın qarşısında, bizim nömrə olan yerdə bir studiya qurulub. Filmin süjeti, əlbəttə, axmaq idi: gənc müğənni, gecə saat 12 olanda, vampirə çevrilir. Müslümün rəfiqəsi Mila Karaeva onun gənc cananı rolunu oynayır, filmdə sonra onu öldürür. Onda Müslümün “Qryundiq” adlı ilk maqnitofonu vardı, orada qorxulu mahnı səslənirdi - bu zaman o qışqırır: “E-e.e!” – exo ilə təkrarlanır, dəhşət idi. Çəkib qurtaranda artıq gecə saat 1 idi. Ancaq bizə ilk tamaşaçının reaksiyasını görmək nəsib olmadı. Mən “Metropol”da dəhlizlə qaçıram, hansısa qadını görüb deyirəm: “Allah xatirinə bağışlayın. Biz orada film çəkmişik”. O deyir: “Siz necə yanaşırsınız!” “İş burasındadır ki, orada Maqomayev də var”.

O, Maqomayev soyadını eşidən kimi donub qaldı. Mən ona dedim: “Sadəcə, içəri gəlin, filmə baxın”. O, içəri gəldi, biz bütün qapıları açıq qoymuşduq. Ekran yox idi – döşək ağını divara vurub ekran kimi istifadə edirdik. Həm də səs sinxron səslənmirdi. Ancaq biz gördük ki, onun gözündə necə bir dəhşət var: gənc gözəl müğənni-vampir! Bu film Müslümün yaddaşında bizim gəncliyimizin zarafatı kimi qaldı. Şən idi. Mila və Müslümün, əgər belə demək olarsa, bir-birinə simpatiyası vardı, bundan başqa heç nə. Ancaq onların münasibəti baş tutmadı...

Mira mərkəzi televiziyada işləməyə getdi və Maqomayevin estrada nömrələrinə rejissorluq etdi, “Yeni il işıqları” yazılması üçün. Maqomayev kliplərinin birində Marisa Monuras ilə ehtirasını təsvir edib, bundan sonra onların sevgi romanı haqda söz-söhbət yazıldı. Ancaq ətrafındakıların hamısı bilirdi ki, müğənninin rəfiqəsi Miladır. Mila sonradan Maqomayevi başqa müğənni ilə dəyişib, hamilə qaldı. Müslüm bunu bağışlamadı... Amma zaman keçdikcə onlar barışdılar.

“Onlar Mila ilə çox isti münasibətdə olurlar. Müslümün 55 yaşı tamam olanda, “Rusiya” konsert zalında yubileyi keçirilir, Mila da gəlir”, - Qriqoryev deyib.

– Maqomayev arvadı ilə Nyu-Yorka gedəndə Milagildə qalırdılar.

Ümumiyyətlə, Maqomayevin adına ən müxtəlif sevgi romanları yazıblar. Məsələn, Edita Pyexa. Fanatları gözəl müğənninin valehedici səsindən dəli olurdular, ancaq o öz ürəyini Tamara Sinyavskiyə verdi...

İntim həyatla bağlı mühazirə

Müslüm Maqomayevin gizli sevgi romanları arasında kimlərin adları çəkilməyib? İddialara görə, o, uzun müddət SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Leonid İliç Brejnevin qızı Qalina ilə də sevişib...

Onun böyük məhəbbəti 60-70-ci illərdə ümumittifaq radiosunun musiqi redaktoru Lyudmila Karaeva olub. Onların birgə həyatı 15 il sürüb.

-Biz Bakıda ikiotaqlı kommunal mənzildə yaşayırdıq, Moskvada isə əsasən hotellərdə qalırdıq, hərdən mənzil kiraləyirdik, - Karaeva xatırlayır. – Müslüm bütün münasibətlərində çox gözəl insan idi: fantastik müğənni, istedadlı artist, xeyirxah dost, ehtiraslı sevgili... və dahi kişi idi.

Onların münasibətləri mübahisədən başlayıb. 20 yaşlı Lyudmila rəfiqələri ilə  bir şüşə konyakdan və kompleks nahardan mərcə gəliblər, ki, Maqomayev on gün ərzində oxumayacaq. Musiqi redaksiyası artıq 4 gün sonra konyakı içib.

-Biz hətta nikah barədə düşünmürdük, - Karaeva etiraf edir. – Bizə, sadəcə bunun üçün vaxt yox idi... Qastrol zamanı bizim bir nömrədə yerləşdirməkdən imtina etdilər. Maqomayev necəsə banketdə öz problemi haqda daxili işlər naziri Şelokova dedi. O, belə məzmunda arayış verdi: “Xahiş edirəm, vətəndaş Müslüm Maqomayev Maqomedoviçlə Lyudmila Karaeva Borisovna arasında nikahı faktiki hesab edin və onların hot eldə birgə yaşamasına icazə verin. Daxili işlər naziri Şelokov”.

Biz ona görə ayrıldıq ki, hər yaxşı şeyin nə zamansa sonu gəlir... hər şey axmaqlıqdan baş verdi. Nəyisə yaddan çıxarmaq lazım idi, nəyəsə göz yummalıydıq, nəyisə, sadəcə bir-birimizə bağışlamalıydıq. Biz bunu bacarmadıq. Onun həyatında Tamara Sinyavskaya peyda oldu...

Onun növbəti ciddi meyli gənc müğənni Tata Şeyxivaya idi.

-Kişi kişi olmalıdır. Mən həm içirdim, həm çəkirdim, həm də qızlarım var idi – Müslüm xatırlayırdı.

Həyatındakı böyük qadınla, opera müğınnisi Tamara Sinyavskaya ilə Maqomayev 1972-ci ildə tanış olur. Tamara o zaman ərdə idi. Onların dəhşətli sevgi romanı yaranır, sonradan sevgililər bu münasibətin səhv olduğunu hesab edərək iki il ayrılırlar. Yalnız sonradan tale onları harasa qastrola gedəndə üzləşdirir. O zamandan birgə yaşamağa başlayırlar.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir