Modern.az

Komitə sədri: ““Elm haqqında” qanun layihəsinə dair yeni təkliflər almışıq”

Komitə sədri: ““Elm haqqında” qanun layihəsinə dair yeni təkliflər almışıq”

3 Yanvar 2016, 12:02

V çağırış Milli Məclis formalaşdıqdan sonra Elm və təhsil komitəsinə yeni sədr seçilmiş deputat İsa Həbibbəyli “Elm haqqında” qanun layihəsinə parlamentin payız sessiyasının gündəliyindən çıxardı. O, bu addımını qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirmişdi. Modern.az saytı komitə sədrindən qanun layihəsi ilə bağlı son yenilikləri öyrənməyə çalışıb.

Deputat İsa Həbibbəyli Modern.az-a açıqlamasında bildirib ki, çərçivə qanunu olan “Elm haqqında” qanun layihəsində hazırda təkmilləşmə işləri aparılır.

“Ölkə prtezidentinin 9 noyabr 2015-ci il  tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının yubileyində proqram xarakterli çıxışında tamamilə müasir dövrün reallıqları ilə bağlı elmə aid yeni çağırışlar öz əksini tapıb. Akademiyanın yeni Nizamnaməsi, ali məktəb haqqında nümunəvi nizanamə qəbul olunub. Bütün bunların hamısı, eyni zamanda ölkədə təhsil və elmdə olan yeniliklər çalışırıq ki, “Elm haqqında” qanun layihəsində ikinci oxunuşa qədər öz əksini tapsın”.

Komitə sədrinin sözlərinə görə təkmilləşdirilən qanun layihəsi ilə bağlı elmdə innovasiya, yeniləşmə, ixtira-bütün bunların normallaşdırılması, tənzimlənməsi, islahatalara meydan açılması, elmdə sahibkarlıq subyektlərinin, fərdi yaradıcılığın inkişaf etdirilməsi məsələlər kimi xeyli təkliflər alıblar.

“Bununla bağlı müzakirələr keçirilir. Ümid edirəm ki, yaz sessiyasında biz bunu Milli Məclisin plenar iclasına təqdim edəcəyik”.

Başıbəlalı qanun layihəsi 2015-ci il Milli Məclisin yaz sessiyasında birinci oxunuşdan keçmişdi.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir