Modern.az

Vanqanın qorxulu PROQNOZLARI

Vanqanın qorxulu PROQNOZLARI

3 Yanvar 2016, 12:15


Hələ 1950-ci ildə məşhur öncəgörən Vanqa qlobal istiləşmə haqqında məlumat vermişdi. Yalnız 50 il sonra alimlər Yer kürəsinin iqlim sistemində temperaturun artması ilə bağlı dünyanı təhlükə gözlədiyini qeyd ediblər.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, öncəgörücü eyni zamanda “böyük müsəlman müharibəsi” barədə də proqnozlar vermişdi. Bu gün onun dedikləri artıq reallaşmağa başlayır: hər ötən gün İŞİD terrorçularının törətdiyi terror təhlükələri artır.

Vanqanın dediklərinə inanlar onun 2016-ci il üçün proqnozlarını öyrənməyə çalışırlar. Vanqa qeyd edib ki, radikal islamçılar tərəfindən edilən hərəktlər bu il daha da güclənəcək və Yaxın Şərq çərçivəsindən çıxacaq.

Öncəgörücünün sözlərinə görə, 2016-ci ildə terrorçuların işğalı başlayacaq. Onlar avropalılara qarşı kimyəvi silahlardan istifadə edəcəklər. Vanqanın dediklərinə inansaq, o zaman 2043-cü ildə terrorçular mərkəzi Roma olan böyük dövlət quracaqlar. Avropa isə bir ildən sonra artıq “tarixə gömüləcək”.

“The Daily Star”ın yazdığına görə, Vanqa islamçılar haqqında danışarkən onların 2010-cu ildən güclənməyə başlayacağını demişdi. Həmin illərdə isə “Ərəb baharı” baş vermişdi.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir