Modern.az

Prezident özündən 24 yaş kiçik xanımla evləndi - FOTOLAR

Prezident özündən 24 yaş kiçik xanımla evləndi - FOTOLAR

Dünya

3 Yanvar 2016, 12:51

Estoniyanın 62 yaşlı prezidenti Toomas Hendrik İlves və onun 38 yaşlı nişanlısı, Latviya Müdafiə Nazirliyinin əməkdaşı İeva Kuptsenin toyu olub.

Modern.az xarici mətbuata istinadən bildirir ki, İlves ilə Kuptse Estoniyanın Latviya sərhəddinə yaxın Viljandima bölgəsində yerləşən kilsədə nikaha giriblər. Mediaya qapalı olan toyda cütlüyün yalnız yaxın adamları iştirak edib.

Cütlüyün 2000-ci ilin əvvəllərində Avropa Parlamentində tanış olduqları qeyd edilir. Daha əvvəl 2 dəfə evlənən prezident İlves 11 illik həyat yoldaşı Evelin İlvesdən keçən ilin aprel ayında boşanıb.






Aytən ZƏHRA
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır