Modern.az

Xamneyi Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi

Xamneyi Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi

3 Yanvar 2016, 17:02



İranın ali dini lideri Ayətullah Xamneyi Səudiyyə Ərəbistanında şiə ruhani şeyx Nemerin edam edilməsini şiddətlə qınayıb.
Modern.az saytı “Fars” agentliyinə istinadən xəbər verir ki, Ayətullah Xamneyi Səudiyyə Ərəbistanı siyasətçilərinin ilahi intiqamla üzləşəcəyi barədə xəbərdarlıq edib.

"Bu alim nə insanları silahlı hərəkata, nə də gizli əməliyyatlara çağırıb", -deyə Xamneyi onun məhz sünni qaydalarına etiraz etdiyinə görə öldürüldüyünü qeyd edib.

Şeyx Nemer yanvarın 2-də Səudiyyə Ərəbistanında terror ittihamı ilə edam edilən 47 nəfərdən biri olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir