Modern.az

Almaniyadakı aqressiv islamçıların sayı AÇIQLANDI

Almaniyadakı aqressiv islamçıların sayı AÇIQLANDI

Dünya

3 Yanvar 2016, 17:31



Almaniya Konstitusiyasını federal müdafiə idarəsinin hesablamasına görə, ölkə ərazisində aqressiv fəaliyyətə potensial hazır olan 1100 islamçı yaşayır. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda idarənin rəhbəri Hans-Qeorq Maassen bəyanat verib.

Onun sözlərinə görə, islamçılardan 430-u o qədər təhlükəlidir ki, ciddi cinayət törədə bilər, bu səbəbdən hüquq-mühafizə orqanları bu şəxsləri ciddi şəkildə nəzarətdə saxlayır. İdarə rəhbəri sələfilərin bu yaxınlarda qaçqınlara təlim keçməsindən də danışıb. Onun sözlərinə görə, qaçqın düşərgələrində 150 belə cəhd qeydə alınıb. Hazırda Almaniyadakı sələfilərin sayının 8350 nəfərdən çox olduğu bildirilir. Ötən ilin sentyabr ayında bu rəqəm 7900 idi.  

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!