Modern.az

İraqda intihar hücumu: 16 polis öldü

İraqda intihar hücumu: 16 polis öldü

Dünya

3 Yanvar 2016, 18:36

 İraqın Səlahaddin vilayətinin mərkəzi Tikrit  şəhərində təşkil edilən intihar hücumlarında ilk məlumata görə, 16 polis həyatını itirib, 11 polis isə yaralanıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Mosul polisinin təhsil qərargahı kimi istifadə etdiyi Tikritin şimalındakı Spyker Hərbi Hava Bazasındakı vəzifəlilərdən İyad Ahmed intiharçıların düşərgəyə girərək hüquq-mühafizə qüvvələrinin qaldığı binanın yaxınlığında özlərini partlatdıqlarını bildirib.

Ahmed baza təşkil edilən intihar hücumları zamanı ilk məlumatlara görə, 16 polisin həyatını itirdiyini və 11 polisin də yaralandığını qeyd edib. Spyker Hərbi Hava Bazası 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə belə bir hücum hədəfi olur.  


Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar