Modern.az

İŞİD növbəti edam görüntüsünü yayıb

 İŞİD növbəti edam görüntüsünü yayıb

Dünya

3 Yanvar 2016, 22:57

 

İŞİD terror təşkilatı internetə 5 britaniyalı casusun edam olunduğunu əks etdirən video yerləşdirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, videoda islamçılar Böyük Britaniynın baş naziri Devid Kemerona hədə-qorxu gəlir və onu Ağ Evin “dayazağıl qul”u adlandırırlar.  

Videonun 10-cu dəqiqəsində narıncı geyimdə olan 5 nəfər kişi Birləşmiş Krallığın xeyrinə casusluq etdiklərini etiraf edir.

Onlardan biri vurğulayır ki, İŞİD nə vaxtsa Böyük Britaniyaya girəcək və orad şəriət qanunlarını tətbiq edəcək.  

Video növbəti edam aktı anonsları və bir uşağın ingilis ləhcəsi ilə “Biz orada kafirləri öldürəcəyik!” sözləri ilə kəsilir.  Həmin video-materialın həqiqi olub-olmadığını dəqiqləşdirmək mümkün olmayıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!