Modern.az

Erməni ordusu bu il 44 hərbçi itirib

Erməni ordusu bu il 44 hərbçi itirib

Təhsil

25 Noyabr 2010, 19:30

“2010-cu ildə Ermənistan ordusunun 44 hərbçisi həlak olub. Onların 7-si atəşkəs rejiminin pozulması nəticəsində ölüb”. Erməni xəbər agentliyi “Armenia Today”ın məlumatına görə, bu barədə Ermənistanın hüquq müdafiəçisi Artur Sakunts bildirib. O, deyib ki, ötən il erməni ordusu daha az-31nəfər itirmişdi.

Artur Sakunts qalan 37 hərbçinin ordudakı faciəli hadisələrin qurbanı olduğunu vurğulayıb və bu itkilərə görə, heç bir zabitin məsuliyyətə cəlb olunmadığını bildirib. 
Hüquq müdafiəçisinin sözlərinə görə, hər hansı bir hadisəyə görə, dərhal sıravi əsgəri ittiham edirlər və onun könüllü etirafı nəticəsində qərar qəbul olunur. Amma zabitlərlə belə davranılmır. O, Ali Baş Komandanın, müdafiə nazirinin və baş qərargah rəisinin istefasını tələb etdiyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir