Modern.az

Putinin ümidləri doğrulmadı

Putinin ümidləri doğrulmadı

4 Yanvar 2016, 12:23

Türkiyəyə iqtisadi sanksiyalar tətbiq edən Rusiyanın özündə iqtisadi vəziyyət heç də yaxşı deyil. Avtomobil bazarı basda olmaqla iqtisadiyyatda işlər getdikcə pisləşir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın avtomobil bazarı hazırda böyük tənəzzül yaşayır.

Rusiya prezidenti Vladimir Putin ötən ilin oktyabr ayında yerli avtomobil şirkəti “Avtovaz”ın istehsal etdiyi son model "Lada Vesta”nı test etmişdi. Ancaq Putinin dəstəyinə baxmayaraq, bu model gözlənilən satışı verə bilmədi.

Ekspertlər bildirirlər ki, ötən ilin noyabrında Rusiyada avtomobil satışı 43 faiz düşərkən, dekabr ayında bu göstərici 45 faizə çatıb. Rusiyanın 2015-ci ildə 1,28 milyon ədəd avtomobil satdığını bildirən ekspertlər bu göstəricinin 2016-da 1,1 milyon ədədə geriləyəcəyini proqnozlaşdırır. Bu şərtlərdə bazarın gələcəyi ilə bağlı nikbin proqnozlar yerini daha bədbinliyə buraxır.

Bu itkilərin sonra hərəkətə keçən Rusiya hökuməti avtomobil bazarını canlandırmaq üçün yeni tədbirlər görməyə hazırlaşır. Məlumata görə, hökumət köhnə avtomobilini dəyişdirmək istəyənlərə vergi güzəştləri tətbiq edəcək. Eyni zamanda avtomobil satışı bazarında aşağı faizli kredit imkanı və təşviqlər təmin ediləcək. Sənaye və ticarət naziri Denis Manturov bildirib ki, 2016-cı ilin ilk yarısında bazarı canlandırmaq məqsədilə 275 milyon dollar (20 milyard rubl) cəlb olunacaq.



Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi