Modern.az

Famil Cəfərli ilə Eynulla Fətullayevin yolları ayrıldı

Famil Cəfərli ilə Eynulla Fətullayevin yolları  ayrıldı

4 Yanvar 2016, 23:14

 

“İşdən getmək də, yeni işə gəlmək də normaldır. Əslində çox xırda işdir, texniki məsələdir. Amma mən bir şeyə təəccübləndim. Virtualaz.org saytından işdən getməyimi "Feysbuk"da ona görə yazdım ki, saytla bağlı edilən çoxsaylı müraciətlər (xəbərlə işləyənlər bunu əla bilir) məni yordu”.

Modern.az
saytı xəbər verir ki, bunu tanınmış jurnalist Famil Cəfərli virtualaz.org  saytının baş redaktorluğundan getməsi ilə bağlı deylənlərə münasibət bildirərkən qeyd edib.  

Famil Cəfərli daha sonra öbildirib: "Biri deyir filan yazıdakı fikirlə razı deyiləm, o biri deyir filan şey bu cür oldu, başqası deyir sizə məqalə göndərmək istəyirəm... Hamıya tək-tək cavab vermək olmur axı. Yazdım ki, daha bir-iki ay boyunca hamıya cavab verməyim. Amma baxıram ki, bəziləri bunu yanlış başa düşüb. Həqiqətdən uzaq şərhlər, bəzən hətta dedi-qodu təhər şeylər... Belə deyil. 10 ildir tanıdığım, 2 il yarımdır hər gün eyni redaksiyada işlədiyim Eynulla Fətullayevlə iki normal insanın ayrıla biləcəyi şəkildə ayrıldıq. O, hesab etdi ki, mən işdə ciddi səhvə yol vermişəm. Mənsə başqa cür düşünürəm. Burada da qətiyyən faciə yoxdur. Normal fikir mübadiləsidir. Məsələni bir-iki cümlə ilə sivil şəkildə həll etdik. Məncə, qarşılıqlı yoldaşlıq-həmkarlıq münasibətlərimiz bundan sonra da adi qaydada qalacaq, çünki əksi üçün səbəb yoxdur. Ona görə də xahiş edirəm ki, bu hadisəyə münasibəti ya Eynulla Fatullayevin, ya da mənim şəxsimizə bağlamayasınız. Çünki bu, sırf iş məsələsi idi. Xırda bir şey yəni... Hərə öz fikrində qaldı və bir-birimizə təşəkkür edib xudahafizləşdik. Normalda belə də olmalıdır. O sayt əlbəttə ki, işləyəcək və uğurlarının davamını gətirəcək. Mən də bir az dincəlib nəsə edəcəyəm. Vəziyyət bu qədər sadədir yəni. Mürəkkəbləşdirməyək. Hamıya uğurlar.

Eynulla Fətullayev isə öz "Feysbuk" səhifəsində məsələni fərqli şərh edib: “Famil Cəfərli özü yazıb. Ona görə münasibət bildirməyə məcburam. O öz istəyi ilə işdən getməyib, işdən çıxarılıb. İşində buraxdığl ciddi səhvlərə görə. Düzünü yazmaq lazımdır!!!”.  

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir