Modern.az

Ronaldo özünü bədbəxt sayır

  Ronaldo özünü bədbəxt sayır

5 Yanvar 2016, 00:22


Sərvəti 1 milyard avro olan və lüks içində bir həyat sürən Kriştiano Ronaldo özünü bədbəxt sayır. Modern.az saytı Anspress-ə istinadən xəbər verir ki, məşhur futbolçu həyatından razı olmadığını açıqlayıb. Pulunu ürəyincə xərcləyə bilmədiyini vurğulayan Ronaldo, sahib olduqlarının mənasız olduğunu deyir: "Sahib olduğum heç nəyin mənası yoxdur, çünki mənim üçün əsas ailədir, mənsə, ailəmə vaxt ayıra bilmirəm. Təqaüdə çıxanda futboldan tamamilə uzaqlaşacam". 

Futbolçu həyatı haqqında danışaraq, vurğulayıb: "Varlıyam, yaraşıqlıyam, çox yaxşı futbolçuyam. Elə bu səbəbdən də məni sevənlər çox olduğu qədər, mənə nifrət edənlər də az deyil".

Real Madrid ulduzu 2015-ci ildə 148 milyonluq sərvətini 62 milyon daha artıraraq, 210 milyon avroya çatdırıb. 30 yaşlı futbolçunun vergi və bank hesablarını da toplasaq, 1 milyard avroluq sərvətinin olduğunu demək olar.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir