Modern.az

Türkiyə yığması 500 min avrodan məhrum oldu

Türkiyə yığması 500 min avrodan məhrum oldu

5 Yanvar 2016, 10:23


Təsnifat mərhələsində ən yaxşı üçüncü yerin sahibi kimi bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan Türkiyə millisinin üzvlərinə vəd edilən 500 min avro mükafat verilməyəcək. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Futbol Federasiyasını mükafatın verilmədiyi üçün vəkil Sedat Vural məhkəməyə verib.

Lakin Türkiyə Futbol Federasiyasından belə bir mükafatın vəd edilmədiyi bildirilib. Nəticədə Fransada keçiriləcək Avropa çempionatına vəsiqə qazanan millinin üzvlərinə mükafatın verilməyəcəyi dəqiqləşdirilib.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir