Modern.az

Bill Klinton arvadını dəstəkləmək üçün meydanlara endi

Bill Klinton arvadını dəstəkləmək üçün meydanlara endi

Dünya

5 Yanvar 2016, 11:30


Keçmiş prezident Bill Klinton ABŞ prezidentliyi üçün namizədliyini açıqlayan həyat yoldaşı Hillari Klintona dəstək vermək üçün mitinq keçirib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə,  1993-2001 arasında prezident olan Bill Klinton, Nyu-Hepşir ştatında yerləşən Nashua Universitetində çıxış edib.

Keçmiş prezident Klinton çıxışında 2016-cı ilin noyabr ayında keçiriləcək prezident seçkiləri üçün Demokrat Partiyasından namizəd olan xanımı Hillari Klinton ilə evliliklərinin ilk dövrlərinə aid xatirələrini bölüşüb.

Bill Klinton çıxışında həyat yoldaşının humanitar cəhətlərini ön plana çıxararaq deyib: “Mükəmməl bir yoldaşdır. Hillari inanılmaz bir insandır, toxunduğu hər şeyi daha yaxşı edib”.

Çıxışında respublikaçıların güclü namizədi milyarder Donald Trampın müsəlmanların əleyhinə istiqamətindəki sözlərinə də istinad edən Klinton, Amerikanın dəyərlərinin bu fikirlərlə üst-üstə düşmədiyini bildirib: “Biz yaşadığımız bu bölgədən qaçmaq istəmirik. Amerika hər kəsi qucaqlayan, özünə edilməsini istədiyi kimi digərlərinə davranan insanların ölkəsidir. Hüquqa uyğun gələn və birlikdə yaşamağı qəbul edənlərin ölkəsidir”.

 Klinton respublikaçı namizədlərin seçki ritorikalarını müsəlmanlar üzərində qurmasını tənqid edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır