Modern.az

BMT Səudiyyə Ərəbistanına görə İranı tənqid etdi

BMT Səudiyyə Ərəbistanına görə İranı tənqid etdi

5 Yanvar 2016, 13:37


BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəd şəhərindəki konsulluğuna edilən hücumlara görə İranı tənqid edən bəyanat yayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurası iki ölkənin dərhal əlaqələrin bərpası üçün danışıqlara başlamasını təklif edib.

“Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna edilən hücumu kəskin pisləyir və diplomatik ərazilərə müdaxiləni yolverilməz sayır”.  

Təhlükəsizlik Şurası İrandan ərazisindəki diplomatik obyektləri qorumağa və beynəlxalq öhdəliklərini tam yerinə yetirməyə çağırıb.  

Bəyanatda Səudiyyə Ərəbistanında şiə ruhanisi Nimra ən-Nimrinin edamına heç bir münasibət bildirilməyib.   Səudiyyə Ərəbistanında 47 nəfərin, o cümlədən ruhani Nimra ən-Nimrinin edamı İranda ciddi etirazlar doğurub.    

Vüqar İsmayılov 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı