Modern.az

İranın Qarabağda tikdiyi gizli Su Elektrik Stansiyası - FOTOLAR

İranın Qarabağda tikdiyi gizli Su Elektrik Stansiyası - FOTOLAR

5 Yanvar 2016, 13:45

Azərbaycanın işğal altındakı ərazilərinin bir hissəsi Ermənistanla yanaşı, İranla da həmsərhəddir. Ermənistanın işğal etdiyi ərazilərlə İran arasındakı ticarət münasibətləri barədə informasiyalara az rast gəlinsə də, aşkar edilən son faktlar Qarabağ erməniləri ilə İran arasında sıx iqtisadi münasibətlərin qurulduğunu təsdiqləyir.

Modern.az saytı xəbər verir ki, Azərbaycanı İrandan ayıran Araz çayı İranla Ermənistanın iqtisadi münasibətlərində əsas yerlərdən birini tutur.

Belə ki, Tehran rəsmi Bakının icazəsi olmadan Xudafərin körpüsünün yanında Qarabağ erməniləri ilə əməkdaşlıq nəticəsində 200 MBt gücündə Xudafərin Su Elektrik Stansiyası (SES)  inşa edib.

Hər şey 1988-ci ildə İran və SSRİ arasında Araz çayı üzərində Xudafərin və Qız qalası hidroqovşaqlarının inşası ilə bağlı müqavilədən sonra başlayıb. Lakin 1991-ci ildə SSRİ-nin süqutu və sonradan bölgənin Azərbaycan-Ermənistan müharibəsinin arenasına çevrliməsi layihənin icrasını yarımçıq qoyub.

Atəşkəsin əldə olunmasından sonra İran inzibati binaları Qarabağ ərazisində (Cəbrayıl rayonunda-red.) yerləşən Xudafərin SES-in tikintisini davam etdirmək qərarı verib. Ərazinin işğal altında olması və qeyri-müəyyən hüquqi status daşıması da İran rəhbərliyini dayandırmayıb.

Su Elektrik Stansiyasının tikintisinin nə vaxt gerçəkləşdiyini demək çətindir. Çünki istər İran, istərsə də Qarabağ erməniləri layihəni ictimaiyyətdən gizli saxlayaraq özlərini Bakının etirazından qorumağa çalışıblar. Amma istənilən halda, 2009-cu ildə İran hökumətinin SES üçün avadanlıq alınması barədə qərar verməsi yerli KİV-də yayılıb.

Modern.az erməni mənbələrinə istinadən xəbər verir ki, təxminən 2010-cu ilin yazından Xudafərin Su Elektrik Stansiyasının anbarı dolub və həmin vaxtdan etibarən burada elektrik enerjisinin istehsalına başlanılıb.

Qeyd olunmalıdır ki, Xudafərin körpüsü ilə yanaşı, İran və Ermənistan Mehri və Qaraçilar Su Elektrik Stansiyalarının inşasını davam etdirir.

Modern.az saytı Xudafərin Su Elektrik Staniyasının ən son fotolarını təqdim edir. 






Vüqar İsmayılov
      

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir