Modern.az

Siqaret tüstüsündən ildə 200 min uşaq ölür

Siqaret tüstüsündən ildə 200 min uşaq ölür

26 Noyabr 2010, 10:57

Passiv siqaret çəkmə, digər sözlə başqalarının siqaret tüstüsünü udmağa dair aparılmış ilk beynəlxalq araşdırma göstərib ki, hər il bu səbəbdən dünya üzrə 600 min adam ölür. Bunların üçdə biri də uşaqlardır. BBC-nin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı bu tədqiqatı 200-ə yaxın ölkədə aparıb.
Məlum olub ki, passiv siqaret çəkmə ürək, nəfəs sistemi və ağciyər xərçənginə səbəb olaraq, ələxüsus siqaret çəkən şəxslə bir evdə yaşayan uşaqlar üçün xüsusilə təhlükəlidir. Sənədə əsasən, belə uşaqların qəfil çağa ölümündən keçinməsi, pnevmoniya və astma xəstəliklərinə tutulması ehtimalı yüksəkdir.
ÜST valideynləri uşaqlarını bundan qorumağa çağırıraq, təcili tədbirlərin görülməsini tövsiyyə edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir