Modern.az

Mendeleyevin cədvəlinə 4 yeni element əlavə olunub

Mendeleyevin cədvəlinə 4 yeni element əlavə olunub

5 Yanvar 2016, 14:31


Mendeleyevin kimyəvi elementlər cədvəli 113, 115, 117 və 118 atom nömrəli 4 yeni elementlə zənginləşib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Nəzriyyə Kimyası İttifaqı məlumat verib.

Bu elementlərin hər biri süni şəkildə sintez edilib, çünki onlar hələ müəyyən olunmamış daha yüngül elementlərə parçalanırdı.

113-cü elementi Yaponiya təbii elmlər akademiyası aşkar etdiyi üçün elementə ad vermək hüququ ona verilib. Ehtimal olunur ki, kimyəvi element yaponiy adı alacaq.

115, 117 və 119 atom nömrəli elementlər isə rus-amerika birgə qrupunun Dubna, Livermor və Ok-Ric laborotoriyalarında kəşf olunub.

Hazırda həmin elementlərə ununpentiy, ununseptiy və unuoktiy adları verilib. 5 aydan sonra Mendevelyevin kimyəvi elementlər cədvəlində onların 2 hərfli tam adı peyda olacaq.

Sonuncu dəfə cədvəl 2011-ci ildə 114 və 116-cı maddələrlə zənginləşmişdi. Həmin vaxt rus və amerikalı alimlərin tapdığı elementlərə fleroviy və livermoriy adları verilmişdi.

Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı