Modern.az

Əfsanəvi futbolçu haqqında şok İDDİA

Əfsanəvi futbolçu haqqında şok İDDİA

5 Yanvar 2016, 15:11

Türkiyə millisinin və İspaniyanın “Real Sosyedad” klubunun əfsanəvi hücumçusu Nihat Qəhvəci və onunla eyni vaxtda klubun şərəfini qoruyan Darko Kovaçeviç, Migel Arteta, Valeri Karpin haqqında şok iddia irəli sürülüb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2002-2003-cü il mövsümünün əfsanəvi komandasının üzvləri vergidən yayınmaqda ittiham olunurlar.

İspaniya mediasının yazdığına görə, klub adıçəkilən ulduz futbolçuların transfer şərtlərində qanuna zidd hərəkətlərə yol verib. Vergidən yayınmaq üçün az miqdarda transfer məbləği və illik məvacib göstərilib. Amma əslində klubun ən çox maaş alan futbolçuları da elə bunlar olub. Nəticədə həm klub rəhbərliyi, həm də futbolçuların özləri külli miqdarda vergidən yayınıblar.


Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi