Modern.az

Egey sahillərində tapılan miqrant meyitlərinin sayı 34-ə çatıb

  Egey sahillərində tapılan miqrant meyitlərinin sayı 34-ə çatıb

5 Yanvar 2016, 22:13

 

Türkiyənin Egey sahillərində tapılan miqrant meyitlərinin sayı 34-ə çatıb. Modern.az saytı xəbər verir ki, bu barədə APA “Hurriyet Daily News”a istinadən məlumat yayıb. Məlumata görə, bundan əvvəl 21 mühacirin meyitinin tapıldığı bildirilmişdi. Məlumata görə, Yunanıstanın Lesbos adasına getmək istəyən miqrantların bir neçə qayığı aşıb.

İlkin məlumata görə, söhbət iki insidentdən gedir. Qayıqların və onların göyərtəsində olan miqrantların dəqiq sayı məlum deyil.   Meyitlər iki müxtəlif yerdə aşkarlanıb. 24 cəsəd Balıkəsir vilayətinin Ayvalık şəhərinin sahil rayonunda, daha 10  nəfərin meyiti isə İzmir vilayətinin Dikili şəhəri sahillərində aşkar edilib.  

Məlumata görə, birinci insidentdə ölənlərin İraq, Əlcəzair və Suriya vətəndaşları olduğu bildirilir, ikinci insidentin qurbanlarının vətəndaşlığı barədə məlumat verilmir.   

Axtarışlar davam etdirilir.  Əməliyyata qayıqlar və helikopter cəlb olunub.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!