Modern.az

İŞİD qadın jurnalistin başını kəsib - VİDEO

 İŞİD qadın jurnalistin başını kəsib - VİDEO

Dünya

5 Yanvar 2016, 22:36

 

İŞİD terror qruplaşması qadın jurnalist Ruqiyyə Həsəni edam edib. Modern.az saytı Anspress-ə istinadən xəbər verir ki, bu barədə Suriya jurnalist təşkilatı “Syria:direct” bildirib.

Təşkilatın məlumatına görə, bu artıq oktyabr ayında edam olunan beşinci müxbirdir.  

Ruqiyyə Həsəni “Raqqa is Being Slaughtered Silently” ("Rəqqanın səssiz məhv edilməsi") qrupu ilə əməkdaşlıq edirmiş. Qız terrorçular tərəfindən tutulan şəhərdə gündəlik həyat haqqında sosial şəbəkələrdə məlumatlar paylaşırmış.  

İŞİD terror qruplaşması qadın müxbiri qohumlarına xəbərdarlıq edib. Onlar bildirib ki, onu casusluğa gorə edam ediblər.  

Keçən il dekabrın sonlarında yayılan məlumata görə, İŞİD terror qruplaşmasi bir il ərzində İraqın şimalında 837 qadını edam edib. Bu barədə Niyneva əyalətinin polis generalı Zanun əl-Sabavi bildirib.

"Öldürülənlərin cəsədlərinin gətirildiyi Mosul şəriət tibbi məhkəməsinin mərkəzinin statistikasına görə, döyüşçülər şəhərin alınmasından bəri təxminən 837 qadını edam ediblər", - deyə Sabavi bildirib.

Onlardan əksəriyyət İŞİD terrorçularının şəriət məhkəməsinin qərarı ilə güllələniblər. Bu halda ilk zərbəni şura deputatları, dövlət qulluqçuları, vəkillər, notariuslarda və bərbərlərdə çalışan qadın namizədlər alıb. Mosul 2014-cü ildə IŞID terror qruplaşmasi tərəfindən tutulub. Bir müddət əvvəl İŞİD terrorçu qruplaşması cadugərlikdə ittiham etdikləri 74 uşağı edam edib. Uşaqlarla birlikdə onların anaları və qohumları da öldürülüblər. İŞİD terror qruplaşması cadugərlikdə ittiham etdikləri 3000 insanı edam edib. Bunların əksəriyyəti qadındır.  

Bir müddət əvvəl İŞİD Palmira şəhərində 217 nəfəri edam edib. Öldürülənlərin 67-si dinc sakin, o cümlədən 14-ü uşaq və 12-i qadın olub. Qalan 150 nəfər isə Suriya ordusunda xidmət edən hərbçilər olub.

Qeyd edək ki, İŞİD terrorçuları mayın 24-də Palmirada 400 dinc sakinə divan tutub.

Bundan əlavə qruplaşma “seks-cihadı”nda iştirak etmədiklərinə görə, 150 dən çox qadını edam edib. “Seks-cihadı” dedikdə İŞİD terrorçulurarına intim xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bunun üçün dünyanın müxtəlif ölkələrindən olan gənc müsəlman xanımları Suriya və İraq ərazisinə gəlməyə çağırırlar.

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!