Modern.az

İspaniyada 3 ton kokain tutuldu

 İspaniyada 3 ton kokain tutuldu

6 Yanvar 2016, 09:32


İspaniyanın Qalisiya vilayətində polis 3 ton kokaini müsadirə edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslərin İspaniya, Hollandiya və Böyük Britaniya vətəndaşları olduğu müəyyənləşib.

“12 nəfər, o cümlədən malı satışa çıxaran hollandlar, ötürən ispanlar və alıcı rolunda olan ingilislər saxlanılıb”- deyə polisin yaydığı rəsmi məlumatda deyilir.

Qeyd olunur ki, müsadirə edilən kokain 1999-cu ildən Qalisiyada aşkar edilən ən böyük narkotik maddə partiyasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir