Modern.az

Məşhur cadugər siyasi liderlərin taleyi haqda PROQNOZ verdi

Məşhur cadugər siyasi liderlərin taleyi haqda PROQNOZ verdi

Dünya

6 Yanvar 2016, 12:09


Meksianın “baş cadugəri” Antonio Vaskes Alba dünyanın tanınmış bəzi siyasi liderlərinin 2016-cı ildəki taleləri ilə bağlı açıqlama verib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, cadugərin fikrincə, milyarder Donald Tramp respublikaçıların ABŞ prezidentliyinə namizədi ola bilməyəcək, məşhur meksikalı narkobaron Korotışka öləcək, Maduro isə Venesuelada hakimiyyəti itirəcək.

“Trampı batırmağa ehtiyac yoxdur, o özü özünü batırır. O, uzaqbaşı seçkilərdə müstəqil namizəd kimi iştirak edə bilər”, - Alba deyib.

Bundan əlavə, ekstrasens Kubanın lideri Fidel Kastronun 2016-cı ildə yaşayıb-yaşamayacağı ilə bağlı suala da cavab verib: “Biz artıq 20 ildir onun öləcəyini deyirik, o isə ölmür. Ali qüvvələr doğrudan ona kömək edir”.

Qeyd edək ki, “baş cadugər” İraq-Şam İslam Dövlətinin Avropada terror aktları törədəcəyini, Yaxın Şərqdəki müharibə nəticəsində Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin pisləşəcəyini əvvəlcədən söyləmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!