Modern.az

Angela Merkelin ofisində bomba HƏYƏCANI

Angela Merkelin ofisində bomba HƏYƏCANI

6 Yanvar 2016, 12:30


Almaniya kansleri Angela Merkelin ofisi bomba həyəcanı ilə bağlı bağlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım ofisdə şübhəli əşyanın tapılmasına görə atılıb. Hazırda polis ofisə gedən bütün giriş-çıxışları bağlayıb.

Bundan öncə, noyabrda Hannover şəhərində kanlser Angela Merkelin də tamaşaçı qismində təşrif buyuracağı futbol matçı şübhəli əşyanın tapılmasına görə təxirə salınmışdı.

Vüqar İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir