Modern.az

Putinin Türkiyə planı: Rusiya bu ölkədə qan tökmək istəyir

Putinin Türkiyə planı: Rusiya bu ölkədə qan tökmək istəyir

6 Yanvar 2016, 12:46


Səudiyyə Ərəbistanı və İran arasındakı gərginliyin pik həddə çatdığı Orta Şərq coğrafiyasında sular durulmaqda davam edir. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu ölkənin sərhədlərini pozan Rusiya hərbi təyyarəsinin vurulmasından dərhal sonra bir çox sahədə Türkiyə ilə əlaqələrini məhdudlaşdıran rəsmi Kremlin son hücumu işlərin nə qədər çirkin bir hal aldığını göstərir.

İddiaya görə, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gizli əməliyyat dəstələri göndərməyi planlaşdırır.

Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) yaxınlığı ilə tanınan “Your news wire” adlı xəbər və kəşfiyyat saytında yer alan xəbərə görə, FTX Türkiyə və ABŞ torpaqlarında gizli hərbi əməliyyatlar həyata keçirmək üçün Rusiya Dövlət Dumasına bir təklif  layihəsi təqdim edib.

Bildirilir ki, Putinin əmri ilə hazırlanan və ağlasığmaz böhtanları səbəb göstərən hesabatda “gizli ordu” kimi tanınan Rusiya xüsusi əməliyyat dəstələrinə Türkiyə torpaqlarında gizli əməliyyatlar həyata keçirməsi üçün qanuni səlahiyyət verilməsi istənilir.



Digər məlumata görə, icazə veriləcəyi halda daha əvvəl də Ukrayna kimi ölkələrə yerləşdirilən “gizli ordu” üzvləri Türkiyədə xaos yaradacaq hərəkətlər planlaşdıracaq.

Hesabatda Putinin Türkiyənin hava məkanını pozan Rusiya təyyarəsinin vurulmasından sonra sərgilədiyi rəftarlar və böhtanlar bəhanə edilir. Türkiyənin İraq-Şam İslam Dövlətinə (İŞİD) dəstək verdiyi yalanına sığınıb, Rusiyanın bu təhdid qarşısında Türkiyə torpaqlarında gizli əməliyyat reallaşdırılmasına səlahiyyət istənilir.
Rusiya daha əvvəl də əsassız iddialarla İŞİD-ə dəstək mövzusunda Türkiyəni günahlandıraraq terror qruplaşmasından nefti satın aldığını iddia edib, ancaq bu iddia həm İraqın mərkəzi rəhbərliyi, həm də ABŞ tərəfindən təkzib edilmişdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir