Modern.az

Bayram Səfərov: “Soyqırımı muzeyini yaratmaqdan da vacib işlərimiz var”

Bayram Səfərov: “Soyqırımı muzeyini yaratmaqdan da vacib işlərimiz var”

Ölkə

26 Noyabr 2010, 12:17

Hələ ikinci çağırış Milli Məclis dövründə sabiq deputat, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Şəhidlər Xiyabanının girişində Soyqırımı muzeyini yaradılmasını təklif etmişdi. Bundan sonra əksər düşərgələrdən təklifə dəstək gəlsə də,  məsələ gerçəkləşmədi.

Bu təklifi yenidən gündəmə gətirməklə gerçəkləşdirmək mümkündürmü?

“Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az saytına bildirib ki, bu məsələnin gerçəkləşməsi onların da istəyidir: “Amma icmanın belə bir muzeyi yaratmaq üçün nə yeri, nə də gücü var. Onu da deyim ki, bizim bu Soyqırımı muzeyinin yaradılmasından da vacib işlərimiz var”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir