Modern.az

Şimali Koreya dünyanı ŞOKA saldı

Şimali Koreya dünyanı ŞOKA saldı

6 Yanvar 2016, 13:14


Bu gün Koreya Dövlət Televiziyası sosialist respubklikasında hidrogen bombasının sınaqlarının uğurla keçirildiyini açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin bombanın gücünün təxminən 6 kiloton olması ehtimal edilir.  

Artıq Çin, Böyük Britaniya, ABŞ, Cənubi Koreya, Yaponiya, Rusiya, Fransa və Almaniya hidrogen bombasını sınaqdan keçirən Şimali Koreya rəhbərliyini sərt şəkildə tənqid edib.  

Bakı vaxtı ilə saat 20:00-da BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı iclası keçiriləcək. Ehimal olunur ki, iclasda rəsmi Pxenyanın kütləvi qırğın silahını sınaqdan keçirməsi pislənəcək və ölkəyə qarşı yeni sanksiyalar tətbiq olunacaq.  

Şimali Korerya televiziyası isə hidrogen bombasının tətbiqinin yalnız ölkənin suverenliyinin pozulması halında mümkün olacağını haqda məlumat yayıb.  

Region ölkələrinin, o cümlədən Rusiyanın milli təhlükəsizliynə təhlükə yaratdığı üçün Şimali Koreyanın ciddi təzyiqlərlə üzləşəcəyi gözlənilir.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı