Modern.az

Şəmsəddin Hacıyev: “Bizim dairə üzrə açılan cinayət işinin mənə aidiyyatı yoxdur”

Şəmsəddin Hacıyev: “Bizim dairə üzrə açılan cinayət işinin mənə aidiyyatı yoxdur”

26 Noyabr 2010, 14:16

Millət vəkili bildirib ki, onun namizəd olduğu dairədə seçkilər tam şəffaf və demokratik keçib

“Milli Məclisə bu il keçirilən seçkilər bütün Azərbaycanda olduğu kimi mənim namizəd kimi qatıldığım 89 saylı Göyşay-Ağdaş seçki dairəsində tam şəffaf, demokratik keçirilib”.
Bu sözləri Modern.az-a açıqlamasında  89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə deputat seçilmiş Şəmsəddin Hacıyev Konstitusiya Məhkəməsinin bu günkü iclasında onun dairəsi ilə bağlı qaldırılan məsələni şərh edərkən bildirib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi parlament seçkilərinin yekun nəticələrini təsdiqi üçün keçirdiyi bu günki iclasında məruzəçi hakim R.Qvaladze seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. O, seçki pozuntuları iddiası ilə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər barədə də məlumat verib. Hakim həmin müraciətlərdən biri - 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlandığını deyib. Hakimin sözlərinə görə, cinayət işi həmin dairədən namizəd olmuş şəxsin seçki günü səsvermə prosesinə müdaxiləsi, bununla da, seçki qanunvericiliyini pozması ilə bağlı başlanıb.

Şəmsəddin Hacıyev saytımıza deyib ki, bu dairədə nəticələrlə bağlı Baş Prokurorluğun cinayət işi açması ilə bağlı məsələdən tam xəbərdar deyil. “Bizim dairədə cinayət işinə başlanması ilə bağlı məndə heç bir məlumat yoxdur. Ancaq həmin dairdən deputatlığa keçmiş namizəd Vidadi İsgəndərov barəsində belə bir cinayət işinin açılmasıından xəbərim var”-deyə deputat qeyd edib.

Xatırladaq ki, seçkilərdən sonra Göyçay Rayon Prokurorluğu seçkiyə müdaxilə faktı ilə bağlı cinayət işi qaldırıb. Cinayət işi 89 saylı Göyçay-Ağdaş seçki dairəsindəki məntəqə sədrlərinin müraciətindən sonra başlanıb. Məntəqə seçki komissiyasının sədrləri noyabrın 7-də deputatlığa namizəd Vidadi İsgəndərov və onun müşahidəçilərinin məntəqələrdə qanunu pozduqlarını bildiriblər. Buna görə də Cinayət Məcəlləsinin 159 (seçki hüquqlarının həyata keçirilməsinə mane olma), 160-cı (seçki komissiyalarının işinə müdaxilə və təsir göstərmə) maddələri ilə cinayət işinə başlanıb.
 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin sədri Nizam Məhərrəmov bildirib ki, seçkilər günü Vidadi İsgəndərov və müşahidəçiləri məntəqələrə hücum ediblər. Buna görə də o baş verənlərlə bağlı rayon prokurorluğuna müraciət edib
İşi Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi aparır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!