Modern.az

Türkiyənin daha 4 bölgəsində “donuz qripi”...

Türkiyənin daha 4 bölgəsində “donuz qripi”...

Dünya

7 Yanvar 2016, 12:28

Türkiyənin 4 bölgəsində “donuz qripi” aşkarlana bilər. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin Şanlıurfa, Kütahya, Konya və Hatay bölgələrində 8 nəfərin “donuz  qripi”nə yoluxması ehtimal edilir. Yüksək qızdırma və qrip şübhəsi ilə xəstəxanaya gedən insanlarda “donuz qripi”nin olması ehtimal edilərək onlar karantinə alınıblar.

Qeyd edək ki,  Türkiyənin səhiyyə naziri Mehmət Müəzzinoğlu ötən gün 8 nəfərin “donuz qripi”ndən həyatını dəyişdiyini bildirmişdi.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı