Modern.az

Şəmkirdə orta məktəb yanıb: 100 şagird təxliyyə olunub

Şəmkirdə orta məktəb yanıb: 100 şagird təxliyyə olunub

Təhsil

26 Noyabr 2010, 15:05

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şəmkir rayonu, Kür qəsəbəsində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 1600 kv.m olan üçmərtəbəli məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 54 kv.m olan sinif otağının döşəməsinin yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. 
Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər məktəb binasının 2-ci və 3-cü mərtəbələrindən 100 nəfər şagirdin təxliyyəsini həyata keçirib, binanı isə yanğından mühafizə ediblər. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı