Modern.az

Pxenyanın hərbi qüdrəti Qərbi lərzəyə saldı: “ABŞ bunun qarşısını ala bilməyəcək”

Pxenyanın hərbi qüdrəti Qərbi lərzəyə saldı: “ABŞ  bunun qarşısını ala bilməyəcək”

Dünya

7 Yanvar 2016, 13:50

Şimali Koreya hidrogen bombası olmadan belə güclü hərbi potensiala malikdir.

Modern.az xəbər verir ki, bu barədə Amerikanın “National İnterest” jurnalındakı məqalədə qeyd olunub.

Jurnalın fikrincə, rəsmi Pxenyan artilleriya gücü və orta mənzilli ballistik raketləri ilə həm Cənubi Koreyaya, həm də regiondakı ABŞ hərbi bazalarına potensial təhlükə törədə bilər.

“Şimali Koreyanın ən güclü silahı artilleriyadır. Pxenyan kritik məqamlarda Seulu vura bilər. Nə Cənubi Koreya, nə də ki, ABŞ bu raket zərbələrini hədəfə çatmadan tam məhv edə bilməz. Bəzi mənbələrə görə Koreya rejiminin yarım milyon mərmisi, 170 mm-lik “Koksan” özüyeriyən artileriya qurğusu var”.  

National İnterest-in məlumatına görə yaxın mənzilli “Skad” və orta mənzilli “Nodon”, “Musudan” və “Tepxodon” raketləri də bu ölkənin raket potensialını təşkil edir.  

Paralel olaraq, Pxenyanın 200 mindən ibarət xüsusi təyinatlı qoşuna malik olduğu məlumdur. Həmin qoşun qısa müddətdə Cənubi Koreya, Yaponiya və regiondakı Amerika bazalarına qəfil hücumlar edə bilər.

“National İnterest” bu ölkənin kimyəvi və nüvə potensialının, kiberhücumlar təşkil etmək kimi qüdrətinin də unudulmalı olmadığını yazıb.    

Vüqar İsmayılov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı