Modern.az

Yevda Abramov: “İsrail deputatları bizə deyirlər ki, Türkiyəyə deyin bizdən əl çəksin...”

Yevda Abramov: “İsrail deputatları bizə deyirlər ki, Türkiyəyə deyin bizdən əl çəksin...”

26 Noyabr 2010, 15:17

Yəhudi əsilli millət vəkili bildirir ki, Türkiyə - İsrail arasında müşahidə olunan gərginlik Azərbaycan-İsrail münasibətlərinə ciddi zərbə vurur

“Türkiyə - İsrail arasında müşahidə olunan gərginlik Azərbaycan-İsrail münasibətlərinə ciddi zərbə vurur”. Bu sözləri Modern.az –a Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Xocalı soyqırımının İsrail parlamentində müzakirəsi ilə bağlı məsələni şərh edərkən  deyib. Onun sözlərinə görə, işçi qrupun təşəbbüsü ilə İsraildə Xocalı ilə bağlı müzey yaratmaq istəyiblər.
“Amma Türkiyənin İsrailə qarşı olan mövqeyi buna mane oldu. Dostluq qrupuna daxil olan İsrail parlamentinin deputatları bizə deyirlər ki, Azərbaycan Türkiyəyə desin ki, bizdən əl çəksinlər”. Y.Abramov deyir ki, digər iradlardan biri də Azərbaycanın İsraildə səfirliyinin olmaması ilə bağldır.

“İsrail –Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrup üzvlərinin mövqeyi belədir: “Sən mənə əl tut, mən də səni tutum. Yəhudi deputatlar deyir ki, sizin bir millət –iki dövlət prinsipiniz var. Siz Türkiyənin yanındasınız...”.
Y.Abramovun sözlərinə görə, Ərdoğanın son çıxışından sonra onun artıq İsrail tərəfinə deməyə sözü qalmayıb.

“Mən bilmirəm necə edim. Belə danışıram, deyirlər İsrailin deputatısan? Elə danışanda isə İran məni sionist adlandırır. Mən Azərbaycanın mövqeyindən çıxış edirəm”-deyə millət vəkili bildirib.

Deputat “Yenidən Xocalı faciəsinin müzakirəsi İsrail parlamentnə çıxarıa bilərmi?”sualına cavabdan yayınıb. Yalnız onu qeyd edib ki, bu yaxınlarda İsrailədə olarkən Xocali ilə bağlı 100 kilo kitab aparıb. Bu kitablar İsrail parlamentində - Knessetdə yayılıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub