Modern.az

İranda 40 deputat Mahmud Əhmədinejada qarşı çıxdı, Xamnei işə qarışdı

İranda 40 deputat Mahmud Əhmədinejada qarşı çıxdı, Xamnei işə qarışdı

Təhsil

26 Noyabr 2010, 15:47


Nüvə proqramı sonrası embarqo altında əzilən İran siyasi krizisin astanasındadır.

İranda bir qrup millət vəkili prezident Mahmud Əhmədinejatın vəzifədən azad edilməsi üçün hərəkətə keçib. Bununla bağlı müraciəti imzalayanların sayı 40-ı keçincə dini lider Xamnei məsələyə müdaxilə edib. İndi ali dini lider deputatları bu işdən çəkindirməyə çalışır.

Modern.az-ın məlumatına görə, İranda İslam İnqilabından bu günə qədər ilk dəfə millət vəkilləri bir prezidenti hakimiyyətdən uzaqlaşdırmaq üçün cəhd edirlər.

Millət vəkilləri bir neçə gün öncə prezident Mahmud Əhmədinejatın hakimiyyətini parlamentdə müzakirə etmək üçün imza toplamağa başlamışdılar. 74 imzaya ehtiyaç olan ərizəyə indidən 40 millət vəkili imza atıb.

Əhmedinejad əleyhdarları hərəkatının başında İran Parlamentinin sədri Əli Laricaninin olduğu bildirilir.

Parlamentin önəmli adlarından Büdcə Komissiyası sədri Musa Rza Sərvəti də ərizəyə qol çəkən millət vəkilləri sırasındadır.

İranlı vəkillər prezidenti 14 qanunu pozmaqda və  parlamentin razılığı olmadan hərəkət etməkdə günahlandırırlar.

İddialara görə, Əhmedinejat parlamentin razılığı olmadan İranın dövriyyə ehtiyatlarından 590 milyon dollar xərcləyib, 2008-ci ildə benzin qarşılığında 76.5 milyon dollarlıq qanunsuz neft satıb, 2007-ci ildən bəri 9 milyard dollarlıq qanunsuz neft və qaz idxal edıb.

Millət vəkilləri büdcə şəffaflığının qorunmadığını da bildiriblər.

Parlamentdə müzakirə edilən bir hesabatda ölkənin öndə gedən dörd deputatı Əhmedinejada qarşı ən sərt tənqidləri səsləndiriblər. Onlar bildiriblər ki, prezident və heyəti parlamentin qarşısında hesab verməlidir. “Şəffaflığın olmaması və hökumətin qanunları pozması rejimə zərər verir” –deyə onlar bildiriblər.

Hazırda iranlı vəkillərin ərizənin cavabını gözləməkdə olduğu bildirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır