Modern.az

20 QHT-sədri Şirvana toplaşdı və …

20 QHT-sədri Şirvana toplaşdı və …

26 Noyabr 2010, 15:10


İn­san Hü­quq­la­rı və Ma­arif­çi­lik İc­ti­mai Bir­li­yi­nin Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti ya­nın­da Qey­ri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Döv­lət Dəs­tə­yi Şu­ra­sı­nın ma­liy­yə dəs­tə­yi ilə hə­ya­ta ke­çir­di­yi "Və­tən­daş Cə­miy­yə­ti­nin ic­ti­ma­iy­yət­lə əla­qə­lə­ri­nin güc­lən­di­ril­mə­si və ba­ca­rıq­lı kadrla­rın ha­zır­lan­ma­sı­na yar­dım" la­yi­hə­si çər­çi­və­sin­də Şirvan şə­hə­rin­də "Və­tən­daş Cə­miy­yə­ti­nin ic­ti­ma­iy­yət­lə əla­qə­lə­ri­nin güc­lən­di­ril­mə­sin­də kadrla­rın ro­lu bu sek­to­run da­ya­nıq­lı in­ki­şaf yol­la­rın­dan bi­ri­dir" möv­zu­sun­da təd­bir ke­çi­ri­lib. Di­aloq for­ma­tın­da ke­çi­ril­miş təd­birdə Şirvanda şəhərində fə­aliy­yət gös­tə­rən 20-dən çox QHT təm­sil­çi­lə­ri və ic­ti­ma­iy­yət nü­ma­yən­də­lə­ri iş­ti­rak edib.

Təd­bi­ri gi­riş sö­zü ilə açan İn­san Hü­quq­la­rı və Ma­arif­çi­lik İc­ti­mai Bir­li­yi­nin səd­ri Rə­fa­il Be­ca­nov la­yi­hə­nin möv­zu­su və məq­sə­di haq­da ət­raf­lı mə­lu­mat ve­rib. R.Be­ca­nov öz çı­xı­şın­da Və­tən­daş Cə­miy­yə­ti­nin ic­ti­ma­iy­yət­lə əla­qə­lə­ri­nin güc­lən­di­ril­mə­sin­dən danışıb və bildirib ki, QHT-lərin fəaliyyətinin artırılmasında, ictimaiyyətlə QHT-lər arasında etimadın güclənməsində bacarıqlı kadrla­rın ro­lu çox böyükdür. Daha sonra QHT-lə­rin kadr po­ten­si­alı­nın ge­niş ol­ma­sı­nın on­la­rın fə­aliy­yət im­kan­la­rı­nın artma­sı­na da şə­ra­it ya­rat­dı­ğı­nı bil­dir­ib. Daha sonra o, deyib: “QHT-lərin bacarıqlı və peşəkar komandaları olarsa, ideya və mövzu baxımından da maraqlı olacaq, ictimaiyyəti inandıra biləcək. Bu da qarşiya qoyulan ideyaların reallaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Ona görə də hesab edirəm ki, bacarıqlı kadrlar həm də QHT-nin yerli dononrlar tapması deməkdir”.

Layihənin eksperti, Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayev mövzu haqqında geniş məruzə edib. O bildirib: "QHT-lə­rin öz sırasına ba­ca­rıq­lı kadrla­r toplamaq və ictimaiyyətlə əlaqələri gücləndirməsi va­cib­dir. Bu həm də QHT sektorunun inkişafı deməkdir. Bacarıqlı kadrların sayəsində QHT-lə­rin fə­aliy­yə­ti­nə ic­ti­ma­iy­yətin maraği daha da çoxalacaq və QHT-lərə yeni üzvlərin axınına səbəb olacaqdır. Bu həm də ictimai sektorun cəmiyyətin problemlərinin həllində önəmli rol oynayacaq. Nəticədə vətəndaşların hüquqları müdafiə olunacaq, onların problemləri azalacaq. Eləcə də ic­ti­ma­iy­yət ba­ca­rıq­lı, sa­vad­lı kadrla­rın QHT-lər­də fə­aliy­yə­ti­ni gör­dük­də bu fə­aliy­yə­tə ak­tiv şə­kil­də qo­şu­la­caq və ona dəs­tək ve­rə­cək ki, bu da və­tən­daş cə­miy­yə­ti­nin for­ma­laş­ma­sın­da mü­hüm əhə­miy­yə­tə ma­lik­dir." Daha sonra SA­VAŞ İc­ti­mai Bir­li­yi­nin səd­ri Nə­si­mi Şə­rəf­xan­lı möv­zu ət­ra­fın­da fi­kir­lə­ri­ni bil­di­rib.

Bun­dan son­ra təd­bir qar­şı­lıq­lı fi­kir mü­ba­di­lə­si, di­aloq şə­ra­tin­də ke­çib. Təd­bir­də iş­ti­rak edən və Şirvanda fə­aliy­yət gös­tə­rən “Aran” İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əlibəy Zeynalov, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin yerli təşkilatının rəhbəri Mehdi Səlimov, "Neftçilərə Hüquqi Yardım Mərkəzi" İctimai birliyinin üzvü Əli Bəşirli, Xudaşirin Xudiyev və di­gər­lə­ri di­aloq­da ak­tiv iş­ti­rak edə­rək möv­zu ət­ra­fın­da fi­kir­lə­ri­ni bil­di­rib­lər. Və­tən­daş Cə­miy­yə­ti­nin ic­ti­ma­iy­yət­lə əla­qə­lə­ri­nin güc­lən­di­ril­mə­sin­də kadrla­rın ro­lun­dan da­nı­şan çı­xış­çı­lar re­gi­on­lar­da və bü­tün­lük­də öl­kə­də fə­aliy­yət gös­tə­rən QHT-lə­rin qar­şı­sı­na çı­xan prob­lem­lər­dən və on­la­rın həl­li yol­la­rın­dan da­nı­şıb­lar. Çıxöışçılar ey­ni za­man­da möv­cud prob­lem­lər­lə ya­na­şı son il­lər öl­kə­miz­də QHT sek­to­run­da in­ki­şa­fa doğ­ru əhə­miy­yət­li də­yi­şik­lik baş ver­di­yi bil­di­ri­lib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir