Modern.az

ABŞ İraqa 800 milyon dollarlıq raket satacaq

  ABŞ İraqa 800 milyon dollarlıq raket satacaq

8 Yanvar 2016, 01:01

 

ABŞ Dövlət Departamenti 800 mln. dollar dəyərində “AGM-114 Hellfire” “hava-yer” tipli raketlərin və “CATM” tipli təlim raketlərinin İraqa satışına icazə verib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşlığı və Təhlükəsizlik Agentliyinin saytında dərc edilmiş məlumatda bildirilir.   Məlumata görə, bundan bir müddət əvvəl İraq 5 min raketin satışına dair ABŞ-a müraciət edib.  

Bu sövdələşmənin İŞİD terror qruplaşması ilə mübarizənin gücləndirilməsinə imkan verəcəyi qeyd olunur.  

İraq ABŞ-dan bu tip raketlər daha əvvəl əldə edib və onlardan istifadə zamanı heç bir problemlə üzləşməyəcəyi bildirilir.   “Raketlərin İraqa tədarükü regionda hərbi güc balansını pozmayacaq”, deyə press-relizdə bildirilir.  

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi