Modern.az

Milli Məclis beynəlxalq qurumlara göndərəcəyi nümayəndələri yaz sessiyasında təsdiqləyəcək

Milli Məclis beynəlxalq qurumlara göndərəcəyi nümayəndələri yaz sessiyasında təsdiqləyəcək

Parlament

11 Yanvar 2016, 12:30


V çağırış Milli Məclis formalaşdıqdan sonra parlamentin beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvləri təsdiqlənməyib. Eyni zamanda yeni tərkibdə dəyişiklərin olacağı deyilir.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin tərkibi yaz sessiyasında təsdiqlənəcək.

O nümayəndə ehyətlərinin tərkibində olacaq dəyişiklər faktını da təsdiqləyib.

“Seçkilərdə bəzi deputatlar iştirak etmədi, eyni zamanda parlamentə yeni deputatlar seçilib. Ayrı-ayrı qruplarda yeni seçilmiş deputatlar da təmsil olunacaq”.

A.Təvəkküloğlu parlamentlərarası işçi qruplarının da tərkibinin yaz sessiyasında təsdiqlənəcəyini vurğulayıb.

Parlament üzvləri NATO Parlament Assambleyası (NATO PA), ATƏT Parlament Assambleyası (ATƏT PA), Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA) və digər qurumlarda təmsil olunur.

Milli Məclisin I vitse spikeri, deputat Zifayət Əsgərovun başçılıq etdiyi NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin tərkibində deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev təmsil olunur.

Milli Məclisin vitse-spikeri, deputat Bahar Muradovanın rəhbərlik etdiyi ATƏT PA-dakı nümayəndə heyətinə deputatlar Eldar İbrahimov, Rəbiyyət Aslanova (artıq deputat deyil), Fəttah Heydərov, Azay Quliyev və Ağalar Vəliyev daxildir.  

AŞ PA-dakı nümayəndə heyətinin tərkibinə Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov(artıq deputat deyil), Sahibə Qafarova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Elxan Süleymanov daxildir. Qrupa deputat Səməd Seyidov başçılıq edir.

QDİƏT PA-dakı Azərbaycan nümayəndə heyətində isə deputatlar Musa Quliyev və Jalə Əliyeva təmsil olunur.

 Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır