Modern.az

Yeni Milli Məclisin sədri və sədr müavinləri seçildi

Yeni Milli Məclisin sədri və sədr müavinləri seçildi

29 Noyabr 2010, 14:35

 

 

 

 

Oqtay Əsədov

Ziyafət Əsgərov

Bahar Muradova

Valeh Ələsgərov


Bu gün saat 12.00-da dördüncü çağırış Mili Məclisin ilk iclası başlayıb. Modern.az-ın məlumatına görə, təxminən 2 saatdır davam edən iclasa prezident İlham Əliyev də qatılıb.

Parlamentdə Milli Məclisin sədri vəzifəsinə yenidən Oqtay Əsədovun namizədliyi irəli sürülüb və səsvermə nəticəsində o, ikinci dəfə spiker seçilib.

Milli Məclis sədrinin birinci müavini vəzifəsinə yenidən YAP-çı deputat Ziyafət Əsgərov, Milli Məclis sədrinin müavini vəzifəsinə isə yenə də YAP-çı deputat Bahar Muradova seçilib. Parlament sədrinin bitərəflərin nümayəndəsi kimi digər müavini yenə də Valeh Ələsgərov seçilib.

Hazırda komitə sədrlərinin seçkisi ilə bağlı müzakirələr gedir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?