Modern.az

Bakıya dəvət olunacaq türkdilli ölkələrin jurnalistlərinin siyahısı hazırlanır

Bakıya dəvət olunacaq türkdilli ölkələrin jurnalistlərinin siyahısı hazırlanır

21 Oktyabr 2009, 13:30

Türk dövlətlərini təmsil edən jurnalistlərin Bakı torlantısının keçirilməsi istiqamətində iş ararılır. Bu barədə məlumat verən Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının sözlərinə görə, hazırda müvafiq təşkilatlarla məsləhətləşmələr davam etdirilir: "DAK sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə torlantıya dəvət olunacaq jurnalistlərin siyahısı hazırlanır. Torlantının dəqiq vaxtı məsləhtləşmələr başa çatdıqdan sonra müəyyən ediləcək". TJB sədri onu da bildirib ki, hazırda Türk Ölkələrinin Parlament Jurnalistləri Assambleyası fəaliyyət göstərir ki, bu qurumda Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstandan olan parlament jurnalistləri təmsil olunur: "Hesab edirəm ki, jurnalistlərin bu istiqamətdə fəaliyyəti türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq".   

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir