Modern.az

"Azeronline” yeni loqosunu təqdim edib

"Azeronline” yeni loqosunu təqdim edib

Mədəni̇yyət

30 Noyabr 2010, 15:17

Azeronline” şirkəti özünün yeni korporativ simasını təqdim edib. Şirkətdən Modern.az-a verilən məlumata görə, çiçək şəklinə bənzədilən yeni loqo şirkətin gələcəyə baxışını, məqsəd və prioritetlərini vizual şəkildə təsvir edir. Çiçəyin hər ləçəyində “Azeronline” şirkətinin təqdim etdiyi xidmətlərin üstünlüyünü ifadə edən şüarlar yer alıb. 

Müştərilərini sürətli və keyfiyyətli İnternetlə təmin edən “Azeronline” şirkəti sabit və güvənli xidmət göstərir. Hər bir istifadəçinin rahat və sərfəli şəkildə İnternetə çıxışını təmin edən “Azeronline” inkişafdan da qalmır. İşini daim təkmilləşdirən, fəaliyyətində son texnoloji nailiyyətlərini tətbiq edən şirkət həm əhatə dairəsini, həm də təqdim etdiyi xidmətlərin dairəsini genişləndirmək niyyətindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir