Modern.az

İlk dəfə Milli Məclisə seçilən 38 deputat arasında xeyli yaşlı insan var (onların təvəllüdü)

İlk dəfə Milli Məclisə seçilən 38 deputat arasında xeyli yaşlı insan var (onların təvəllüdü)

Parlament

30 Noyabr 2010, 15:59


Dünən fəaliyyətə başlayan 4-cü çağırış Milli Məclisin 125 deputatından 38-i ilk dəfə mandat qazanan millət vəkilləridir. Modern.az saytının əməkdaşı ilk dəfə deputat seçilən 38 nəfərin yaşını araşdırıb.

11 saylı Qaradağ Seçki Dairəsindən mandat qazanan “Azəraqrartikinti” ASC-nin prezidenti, YAP üzvü Ağalar Vəliyev 1957-ci il təvəllüdlüdür. Onun 53 yaşı var.

15 saylı Yasamal I Seçki Dairəsini parlamentdə təmsil edən “Lider” TV-nin sabiq əməşdaşı, bitərəf  Etibar Hüseynovun 42 yaşı var, o, 1968-ci ildə dünyaya gəlib.

18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputat seçilən müstəqil politoloq Rasim Musabəyov 1951-ci il təvəllüdlüdür, 59 yaşı var.

21 saylı Nəsimi I Seçki Dairəsindən mandat sahibi Aytən Mustafayeva (bitərəf, Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitunun direktoru) 1968-ci ildə dünyaya gəlib, 42 yaşı var.

25 saylı Nizami II Seçki Dairəsinin YAP-çı deputatı, 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, Sədaqət Vəliyeva ömrünün 56-cı ilini yaşayır (doğum ili -1954).
 
27 saylı Sabunçu II Seçki Dairəsinin YAP-çı deputatı, Bilgəh Bələdiyyəsində hüquqşünası Qalib Salahzadə 1953-cü ildə doğulub, 57 yaşı var.

30 saylı Suraxani I Seçki Dairəsinin hakim partiyadan olan mandat sahibi nisbətən cavandır. Belə ki, Bakı Slavyan Universitetinin kafedra müdiri Sevinc Fətəliyeva 31 yaşa sahibdir (doğum ili -1979).

31 saylı Suraxanı II Seçki Dairəsindən deputat Fərəc Quliyev 1962-ci il təvəllüdlüdür, 48 yaşındadır.

39 saylı Kəpəz I (Gəncə) Seçki Dairəsindən seçilən Gəncə Avtomobil Zavodunun direktoru, YAP üzvü  Xanlar Fətiyevi də cavan saymaq olar –38 yaş (doğum ili -1972).

41 saylı Sumqayıt I Seçki Dairəsinin hakim partiyadan olan deputatı Leyla Abdullayeva 51 yaşa malikdir. Sumqayıt şəhər 18 saylı məktəbin direktoru 1959-cu ildə doğulub.

42 saylı Sumqayıt II Seçki Dairəsidən deputat Musa Qasımlı 1957-ci ildə doğulub. BDU-nun professorunun 53 yaşı var.

43 saylı Sumqayıt III Seçki Dairəsindən YAP-çı deputat, “Azərkimya” İstehsalat Birliyinin baş direktoru Muxtar Babayevin 43 yaşı var (doğum ili-1967).

44 saylı Sumqayit-Abşeron Seçki Dairəsinin parlamentdəki təmsilçisi Hacı Salayev 1968-ci ildə doğulub. “Azkommunalservis” ASC-nin sədrinin 42 yaşı var.

45 saylı Abşeron Seçki Dairəsindən millət vəkili seçilən AzTV-nin rəhbəri Arif Alışanovun 50 yaşı var (doğum ili – 1960).

51 saylı Qusar Seçki Dairəsinin deputatı,  Qusar Telekommunikasiya Qovşağının rəisi, YAP üzvü  Azər Badamov 1968-ci ildə dünyaya gəlib, 42 yaşı var.

55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən mandat qazanan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri, YAP üzvü Arif Əşrəfovun 52 yaşı var (doğum ili-1958).

56 saylı Xaçmaz kənd Seçki Dairəsindən mandat qazanan Prezident Administrasiyası regional idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, YAP üzvü İlham Əliyevin doğum ili 1967-dir, 43 yaşa sahibdir.

59 saylı Salyan Seçki Dairəsinin deputataı bir qədər qocadır. Salyan rayon İcra Hakimiyyətinin başçısı, respublikanın sabiq baş hərbi komissarı, bitərəf Əliağa Hüseynov 1946-cı il təvəllüdlüdür, 64 yaşı var.

63 saylı Sabirabad I Seçki Dairəsini Milli Məclisdə gənc deputat təmsil edir. “İrəli” İctimai Birliyinin sədri, bitərəf Ceyhun Osmanlının doğum ili 1982-dir, deməli 28 yaşı var.

65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsinin deputatı da bir qədər yaşlıdır, Tibb Universitetinin rektoru, YAP üzvü Əhliman Əmiraslanov 1947-ci ildə doğulub, 63 yaşı var.

67 saylı Cəlilabad şəhər Seçki Dairəsinin deputatı Malik Həsənov (“Azinkoholdinq” Tikinti Şirkətinin prezidenti, YAP üzvü) 1971-ci ildə dünyaya gəlib, 39 yaşı var.

70 saylı Masallı şəhər Seçki Dairəsindən mandat qazanan Nəriman Əliyev (“Nur” MMC-nin sədri, YAP üzvü) 1968-ci ildə doğulub, 42 yaşındadır.

77 saylı Astara Seçki Dairəsinin Milli Məclisdəki təmsilçisi Aslan Cəfərovun (“Diplomat 1” Firmasının direktoru, YAP üzvü) doğum ili 1973-dür, 37 yaşı var.

78 saylı Lerik Seçki Dairəsinin deputatı, “Kaspi-Yıldız” Şirkətinin baş direktoru, YAP-çı  İqbal Məmmədov 1965-ci ildə doğulub, 45 yaşı var.

79 saylı İmişli Seçki Dairəsi – Əsabil Qasımov – “Karat Holdinq” MMC-nin direktoru, YAP üzvü; doğum ili 1955. Ə.Qasımovun 55 yaşı var.

80 saylı İmişli-Beyləqan Seçki Dairəsi ndən deputat seçilən Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyin sədri, bitərəf Çingiz Qənizadənin 53 yaşı var (doğum ili-1957).

81 saylı Beyləqan Seçki Dairəsi – Ayaz Orucov - Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri, YAP üzvü, doğum ili -1959. A.Orucovun hazırda 51 yaşı var.

85 saylı Şamaxı Seçki Dairəsi nin deputatı Elxan Süleymanov ən yaşlı mandat sahiblərindən biri olub. Belə ki, “Xəzər XXI əsr” şirkətinin və AVCİYA-nın prezidenti 1940-cı ildə doğulub, onun 70 yaşı var.

95 saylı Tərtər Seçki Dairəsinin deputatı “Lider” TV-nin siyasi icmalçısı, bitərəf Sahib Alıyev 1964-cü ildə dünyaya gəlib, deməli 46 yaşa sahibdir.

96 saylı Goranboy-Naftalan Seçki Dairəsinin deputatı da cavan deyil. Bitərəf sahibkar Mahir Aslanov 1949-cu ildə doğulub, 61 yaşı var.

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi – Gülçöhrə Məmmədova –Memarlıq və İnşaat Universitetinin rektoru, YAP üzvü; doğum ili-1953. Gülçöhrə xanım hazırda 57 yaşındadır.
 
98 saylı Şəmkir şəhər Seçki Dairəsi – Sahibə Qafarova – Bakı Slavyan Universitetinin prorektoru, YAP üzvü; doğum ili-1955. Sahibə xanım həmkarından 2 yaş cavandır, indi onun 55 yaşı var.

103 saylı Gədəbəy Seçki Dairəsinin deputatı, Gənclər və İdman Nazirliyinin şöbə məsləhətçisi, YAP üzvü Sevinc Hüseynovanın doğum ili 1970-ci ildir. Sevinc xanımın 40 yaşı var.

111 saylı Zaqatala-Balakən Seçki Dairəsi – Kamilə Əliyeva – BDU-nun müəllimi, YAP üzvü; doğum ili -1967. Onun 43 yaşı var.

115 saylı Şəki kənd II Seçki Dairəsi – Cavanşir Feyziyev – “Avromed” şirkətinin direktoru, bitərəf; doğum ili – 1963. Cavanşir müəllim hazırda 47 yaşındadır.

117 saylı Oğuz-Qəbələ Seçki Dairəsi – Aqiyə Naxçıvanlı – Azərbaycan Müəllimlər İnstitunun direktoru, YAP üzvü. 1958-ci ildə doğulan Aqiyə xanımın 52 yaşı var.

121 saylı Laçın Seçki Dairəsinin deputatı Nazim Fərəcov (Sumqayıt şəhər Dövlət Sosial Müdafiə Fondunun müdiri, YAP üzvü) 1960-cı ildə dünyaya gəlib, 50 yaşı var.

122 saylı Xankəndi Seçki Dairəsini də parlamentdə yaşlı deputat təmsil edir. Bitərəf təqaüdçü Flora Qasımova 1947-ci il təvəllüdlüdür, 63 yaşı var.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir