Modern.az

İlham Əliyev ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi ilə görüşüb

İlham Əliyev ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi ilə görüşüb

Təhsil

30 Noyabr 2010, 17:27

Prezident İlham Əliyev noyabrın 30-da ATƏT-in sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlib. Astananın Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

Prezident İlham Əliyev Astanada ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçlə görüşüb. Modern.az AzərTAc-a istinadən bildirir ki, görüşdə Azərbaycanda fikir azadlığı, jurnalistlərin fəaliyyəti və məsuliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir