Modern.az

Millət vəkili “Wikileaks” saytını təxribatda ittiham etdi

Millət vəkili “Wikileaks” saytını təxribatda ittiham etdi

Təhsil

30 Noyabr 2010, 17:51

Milli Məclisin deputatı Fuad Muradov  “Wikileaks” internet saytında Azərbaycanla bağlı yer alan məlumatları Azərbaycan və Türkiyə münasibətlərin pozulmasına yönəlmiş bir addım kimi qiymətləndirib. Modern.az-a açıqlamasında deputat qeyd edib ki, saytın yaydığı məlumatların heç biri Amerika, nə də digər dövlətlər tərəfindən təsdiqini tapmayıb. Azərbaycan  parlamentində xarici siyasətlə məşğul olan bir deputat kimi bu məsələlərə inanmadığını deyən F.Muradov  bunu Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışanların təxribatı hesab edir.

“Artıq Azərbaycan və Türkiyə regionun nüfzulu bir dövlətinə çevrilib. Belə bir zamanda Türkiyə ilə Azərbaycanın arasında münasibətlərin daha istiləşməsi iqtisadi, siyasi, mədəni  və bütün sahələrdəki ılaqələrin pozulmaz bir həddə gəlməsi təbii ki, dunyanın bir çox qüvvələrini narahat edə bilər. Çünki bu birlik, bu münasibətlər həmin qüvvələrin maraqlarına qarşıdı və onların maraqlarını heçə endirə bilər. Ona görə onlar hər vəclə çalışıb bu iki ölkə arasındakı münasibətləri pozmağa çalışırlar”-deyə deputat bildirib.

F.Muradov digər bir məqama da toxunub. Deputat bildirib ki, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollorla bağlı bu məsələ gundəmə gəlib. “Artıq elə bir zamandı ki, bu protokol ölü cana çeviriliib. Sadəcə olaraq

bu məqamdan istifadə edərək Türkiyə ilə Ermənistan arasında imzalanmış müqaviləni diriltməyə çalışan qüvvələr var ki, məqamdan istifadə edirlər”.

Deputat həmçinin qeyd edib ki, ATƏT-in  Astana samiti çərçivəsində belə bir məsələnin gündəmə gətirilməsi özündə ciddi məqamların olmasından xəbər verir.

Sonda F.Muradov bildirib ki,  “Wikileaks” internet saytınını Azərbaycan dilində tərcüməsi “sızdırmaq” deməkdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar