Modern.az

“Wikileaks"ın rəhbəri Julian Assange yeni hədəflərini elan etdi

“Wikileaks"ın rəhbəri Julian Assange yeni hədəflərini elan etdi

Dünya

30 Noyabr 2010, 18:46


Modern.az
xəbər verir ki, ABŞ Dövlət Departamentinə məxsus diplomatik yazışmalardan ibarət olan sənədləri dünyaya yaymaqla beynəlxalq diplomatiyanı bir-birinə qarışdıran “Wikileaks” internet saytının rəhbəri Julian Assange bu dəfə dünya  iqtisatiyyatını hədəfə aldığını elan edib. 

Julian Assange məşhur ”Forbes” jurnalına müsahibəsində deyib ki, mediaya açıqlanan Pentagon ve ABŞ Dövlət Departamentinin sənədləri sadəcə başlanğıçdır. O, 2011-ci ilin əvvəllərində başda  Amerikanın bəzi böyük şirkətləri olmaqla onların iç dünyasını üzə çıxacağını bildirib. Assange eyni zamanda böyük şirkətlərə məxsus  minlərcə sənəd və sirri istənilən rəqibin, media nümayəndələrinin, hətta müştərilərin məlumatlanması üçün sayta yerləşdirəcəyini də qeyd edib.

Julian Assange hansı banklardan və  şirkətlərdən, eləcə də hansı sənədlərdən söhbət açdığı haqqında heç bir ipucu verməyib. “Forbes” isə  Assangenin indiyə qədər yalan danışmadığaına diqqət yönəldərək iş dünyasını diqqətli olmağa çağırıb.

Bir neçə gün əvvəl Londonda verdiyi açıqlamada Assange şirkət rəhbərlərinin düşüncə tərzinin və onların etik normalardan kənar xarakterlərinin gündəmə gətiriləcəyini də bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir