Modern.az

“Turqut Ərin kitabında absurd məsələlərdən bəhs olunur”

“Turqut Ərin kitabında absurd məsələlərdən bəhs olunur”

Təhsil

30 Noyabr 2010, 19:39

Milli Məclisin deputatı Fuad Muradov Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat attaşesi Turqut Ərin Azərbaycan haqqında yazdığı kitabla bağlı  Modern.az saytına açıqlama verib.
F.Muradov bildirib ki, Turqut Ər Azərbaycanda dövlət çevrilişində iştrak etmiş bir adam olub.
“Bu adam Azərbaycanda arzuolunmaz bir şəxs elan olunub və Azərbaycana gəlişi qadağan edilib. Bu adamdan Azərbaycan üçün hansısa müsbət addımın gözlənilməsi mümkün deyil. Ona görə də onun Azərbaycan haqqında hər hansı bir yazısı, kitabı ciddiyə alınmamalıdır. Turqut Ərin istənilən yazısını, kitabını Azərbaycana qarşı bir qisas kimi qiymətləndirmək olar. Kitabın içində yazılanlara gəlincə isə araşdırıcılar və diqqətlə oxuyanlar bilməlidirlər ki, orada absurd məsələlərdən bəhs olunur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu