Modern.az

Güzdəkdəki daş karxanasında bədbəxt olay: 2 ölü 1 yaralı

Güzdəkdəki daş karxanasında bədbəxt olay: 2 ölü 1 yaralı

Təhsil

30 Noyabr 2010, 20:28

Fövqəladə Hallar Nazirtliyi Abşeron rayonu, Daş Güzdək kəndindəki daş karxanasında baş verən bədbəxt hadisə barədə məlumat yayıb.
Bildirilir ki, noyabrın 30-da Daş Güzdək kəndində yerləşən "GÜNAY" firmasına məxsus yük avtomobillərinin və yaxınlıqdakı karxanalarda istifadə olunan texniki vasitələrin təmiri sexində uçqun hadisəsinin baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinı məlumat daxil olub. 
"Dərhal qeyd olunan əraziyə Nazirliyin xilasediciləri cəlb edilmişdir. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilmişdir ki, sexdə təmirə dayanmış "Kamaz" markalı yük avtomobilinin kuzovu endirilmədən hərəkətə gətirilməsi sexin beton konstruksiyalarının uçmasına səbəb olmuşdur. Nəticədə, sex işçiləri 1942-ci il təvəllüdlü Yengibar Əlixan oğlu Ömərov və 1955-ci il təvəllüdlü Rəhilə Məhərrəm qızı Tağıyeva dağıntılar altında qalar həlak olmuş, avtomobilin sürücüsü yaralanmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə R.Tağıyevanın və Y.Ömərovun cəsədlərini dağıntılar altından çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, yaralıya hadisə yerində ilkin tibbi yardım göstərmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər".

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi