Modern.az

ATƏT-in Astana sammiti başlayıb

ATƏT-in Astana sammiti başlayıb

Təhsil

1 Dekabr 2010, 10:10

Dekabrın 1-də Qazaxıstan paytaxtı Astanada ATƏT dövlət başçılarının ikigünlük sammiti başlayıb. 1999-cu ildə İstanbuldakı təsis konfransından sonra birinci dəfədir ki, ATƏT üzvü olan dövlət başçıları bir araya gəlir.
Toplantıda 68 ölkədən nümayəndələr iştirak edəcək. 28 dövlət prezidentlər, 10-u Baş nazir, digərləri isə Xarici İşlər nazirləri səviyyəsində təmsil edilir.

BMT Baş Katibi Ban Ki Mun və ABŞ Dövlət Katibi Hillari Klinton da sammitdə iştirak üçün Astanaya gəliblər.

ATƏT-in hazırki sədri vəzifəsini tutan Qazaxıstanın Xarici İşlər naziri Kanat Saudabayev deyib ki, sammitdə regional təhlükəsizlik məsələləri, terrorçuluq və insane alveriylə mübarizə, Qırğızıstandakı durum və Əfqanıstan müharibəsini müzakirə edə biləcəklər.

Astanada Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənilir. 1992-ci ildə yaradılan ATƏT-in Mİnsk qrupunun həmsədləri və Azərbaycanla Ermənistanın dövlət başçıları Astanaya gəliblər.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev tədbiri giriş sözü ilə açıb, qeyd edib ki, sammitə toplaşan dövlət və hökümət başçıları xalqlarının təhlükəsizliyi naminə birgə fəaliyyəti davam etdirmək üçün toplaşıb. O, bu yolun 3 onillik bundan əvvəl (1975) başladığını bildirib.

"ATƏT-in yaradılması ilə Avropa təhlükəsizlik prinsipi Vankuverdən Vladivastoka kimi bərqərar oldu.
İndi üçüncü mərhələ başlayır, biz təhlükəsizlik və əməkdaşlıqda daha böyük koordinatlarda yeni səviyyəyə - okeandan okeana keçirik. Söhbət dörd okean sərhədində, Atlantik okeandan Sakit okeana və
Şimal buzlu okeanından Hind okeanına qədər vahid təhülkəsizlik məkanının yaradılmasından gedir", deyə Nazarbayev qeyd edib.
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın Dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev, BMT-nin baş katibi Pan Gi Mun və ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu çıxış edəcəklər. Sonra plenar iclasda dövlət və hökumət başçılarının çıxışları olacaq.
ATƏT çərçivəsində bundan öncəki yüksək səviyyəli görüş 1999-cu ildə İstanbulda keçirilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır