Modern.az

1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür

 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür

1 Dekabr 2010, 10:23

1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Gələn il QİÇS epidemiyasının başlanmasının 30 ili tamam olacaq. BMT baş katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciətində “gələn ilki ildönüm bizi düşünməyə və qətiyyətimizi yeniləməyə vadar edir” deyib.

Onun sözlərinə görə, ötən üç onillik ərzində QİÇS görünməmiş məşəqqət və ölümlərə səbəb olub.
”Lakin bu illər ərzində gözlərimiz qarşısında başqa bir mənzərə açılmışdır – qlobal ictimaiyyətin böyük istəklə əməli işlər görmək və insanların həyatını xilas etmək üçün birləşməsi. Bu səylər bütün dünyada real dəyişikliklərə səbəb olmaqdadır.

Getdikcə daha az insan İİV virusuna yoluxur. Milyonlarla insan İİV-dən müalicə almaq imkanı əldə etmişdir. İndi daha çox qadın öz övladlarını İİV-ə yoluxmaqdan qoruya bilir. Stiqma, biabırçılıq ləkəsi ilə damğalanma, hələ də çox yavaş olsa belə, tədricən şəfqət və insan hüquqlarının tanınması ilə əvəz olunduqca, bir çox ölkələr İİV-lə yaşayan insanların səyahət etmələrinə qoyulmuş qadağaları aradan qaldırılır.

Fədakarlıq və həmrəylik şəraitində bu hərəkat QİÇS pandemiyası ilə mübarizədə dünyanın əsaslı dönüşə nail olmasına kömək edir. Nəhayət ki, biz İİV-in yayılmasının qarşını almaqla və genişlənmə prosesini geriyə döndərməklə 6-cı Minilliyin İnkişaf Məqsədinin birinci hissəsinə nail olmuşuq. Biz irəliyə doğru yeni və daha cəsarətli bir yol planı cızmağa davam etməliyik.

Bizim ümumi məqsədimiz aydındır: hər kəs üçün İİV-in qarşısının alınması, müalicəsi, qayğı və dəstək imkanı. Biz QİÇS-lə mübarizə işinin davamlı olmasını təmin etmək üçün də çalışmalıyıq.

Bu böhranın başlanğıcından otuz il keçdiyi bir vaxtda, gəlin, “üç sıfr”a nail olmaq hədəfini nişan alaq – sıfır nəfər İİV-ə yeni yoluxan, sıfır səviyyəsində ayrı-seçkilik və sıfır sayda QİÇS-lə əlaqədar ölüm hallı. Ümumdünya QİÇS Günündə, gəlin, dünyanın bütün insanları üçün bu görüşün reallaşması naminə birlikdə çalışmağa söz verək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı