Modern.az

Milli Məclisin dekabrın 7-dəki iclasında deputatların mandatı paylanacaq

Milli Məclisin dekabrın 7-dəki iclasında deputatların mandatı paylanacaq

1 Dekabr 2010, 13:19


Milli Məclisin növbəti iclası dekabrn 7-də keçiriləcək. Bu barədə Modern.az saytına parlamentdən bildiriblər. 

Qeyd edək ki, dördüncü çağırış Milli Məclisin ilk iclası noyabrın 29-da keçirilib. Həmin iclada parlamentin sədri, onun müavinləri və komitə sədrləri seçilib.

Növbəti iclasda Milli Məclisin gündəliyində bu məsələlər dayanır: komitələrinin tərkibinin müəyyənləşdirilməsi, komitə sədrlərinin müavinlərinin təsdiqi, ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının formalaşdırlması.

Dekabrın 7-də keçiriləcək iclasda deputatların mandatları da onlara təqdim olunacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər