Modern.az

İcra strukturlarının QHT-lərlə əməkdaşlığının monitorinqi aparılıb

İcra strukturlarının QHT-lərlə əməkdaşlığının monitorinqi aparılıb

1 Dekabr 2010, 14:04

Bələdiyyə Resurs və Təlim Mərkəzi Prezident Yanınla QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən «Regionlarda QHT-lərlə icra strukturları arasında əməkdaşlığın monitorinqi və ictimai müzakirələrin həyata keçirilməsi» adlı layihənin birinci mərhələsini başa vurub.

Mərkəzin yaydığı məlumatda bildirilir ki, son iki ay ərzində ölkənin bir neçə rayonunda bununla bağlı tədbirlər və sorğular keçirilib. 

Bu layihənin əsas məqsədi tədqiqat aparmaq və ictimai müzakirələr təşkil etməklə regionlarda QHT-Dövlət münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişafına nail olmaqdan ibarətdir.

Layihədə əsas məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulub:  İcra strukturlarıyla QHT-lərin əməkdaşlıq səviyyəsini öyrənmək; QHT-lərin yerlərdə qarşılaşdığı problemləri aşkar etmək; İcra strukturlarının QHT-lərin fəaliyyətinə münasibətini öyrənmək; QHT-lərin fəaliyyəti ilə bağlı hüquqi imkanları təbliğ etmək; QHT-lərin fəaliyyətinin əhəmiyyətini təbliğ etmək; QHT-lərin  regionlarda fəaliyyətinin səviyyəsini öyrənmək; QHT-lərin fəaliyyətinin nə dərəcədə faydalı olduğunu müəyyənləşdirmək; QHT-lərin fəaliyyətinə mane olan strukturları müəyyənləşdirmək; QHT-dövlət əməkdaşlığının əhəmiyyətini təbliğ etmək; Bu sektorun fəaliyyəti ilə bağlı ictimai məlumatlandırmanı təmin etmək.

Layihənin ikinci mərhələsində Şirvan, Xaçmaz, Ağdam, Şəki və Lənkəran şəhərlərində ictimai müzakirələr keçiriləcək. Müzakirələrdə QHT nümayəndələri, mətbuat işçiləri, hökumət strukturunun təmsilçiləri, ekspertlər və aktiv insanlar iştirak edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi