Modern.az

Azərbaycandakı qanun yaradıcılığı prosesində QHT-lər necə iştirak edir?

Azərbaycandakı qanun yaradıcılığı prosesində QHT-lər necə iştirak edir?

1 Dekabr 2010, 14:12

Qanunlar o zaman işlək olur ki, bunların hazırlanmasında vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak etsinlər. Ən azından həmin sənədlərin müzakirəsində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak; vacibdir. Bəs, ölkəmizdə bu sahədə vəziyyət nə yerdədir, QHT nümayəndələri sözügedən  məsələyə cəlb olunurmu?
Modern.az saytının araşdrımaları zamanı məlum olub ki, QHT-lər arasında qanunvericilik təşəbbüslərinin irəli sürülməsi məqamında ən aktiv təşkilat Konstitusiya Araşdırmaları Fondudur. Bu qurum indiyədək 5 qanun layihəsi hazırlayıb.

Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə bildirir ki, Azərbaycanda qanunvericilik təşəbbüsü ilə Prezident, deputat, Ali Məhkəmənin sədri, Baş prokuror çıxış edə bilər.

O, qeyd edib ki, vətəndaş cəmiyyətinin nümayəndələri bu məsələdə hər hansı təkliflər irəli sürə, bununla bağlı deputatlarla fikir mübadiləsi apara bilərlər: “Təbii ki, deputat da bu müzakirədən yararlanaraq müəyyən layihələr hazırlayıb Milli Məclisə təqdim edə bilər”.

Belə bir təcrübənin ötən çağırış Milli Məclis müddətində olduğunu deyən deputat deyib ki, parlamentdə qəbul olunan “Könüllülük fəaliyyəti haqqında” Qanun layihəsini onun özü hazırlayıb və bu məsələdə QHT-lərin təklifləri də nəzərə alınıb: “İndi bizdə komitələrin iclaslarında vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edirlər. Bu, qaneedicidir. Sadəcə, bu məsələdə QHT nümayəndələrilə sıx əməkdaşlığa ehtyac çoxdur və mən onların daha çox cəlb edilməsinin tərəfdarıyam.
Bizdə ciddi mexanizm var. Əksər qanun layihələri Milli Məclisin rəsmi saytında yerləşdirilir. Bu da QHT nümayəndələrinin həmin səndələrlə tanış olmasına imkan yaradır. Hər halda, hesab edirəm ki, Azərbaycanda QHT nümayəndələrinin bu sahədə təşəbbüslər irəli sürməsi üçün şərait var”.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi